Nablusda üç müqavimət əsgəri şəhid olub + Şəkillər

Çərşənbə axşamı 8 Fevral 2022 - 17:56
https://az.iswnews.com/?p=1027

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, İordan çayının qərb sahilinin şimalındakı Nablus şəhərində İsrail xüsusi təyinatlıları tərəfindən üç fələstinli müqavimət döyüşçüsü şəhid edildi.

“Əqsa Şəhidləri Taburları” müqavimət dəstəsinin üzvləri olan İbrahim Nablusi, Ədhəm Məbruk və Muhəmməd Dəxil sionist rejimi hərbiçilərinin qurduğu pusquda şəhid olduğu bildirilir.

İbranidilli medialar bu şəhidlərin İordan çayının qərb sahilində İsrail əsgərlərinə qarşı bir neçə əməliyyatında iştirak etdiyini iddia edir.

Bu müqavimət dəstəsi bugünkü şəhidlərin qanının hədər getməyəcəyini və inşallah bu sionist cinayətinin cavabsız qalmayacağını açıqlayıb.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir