İran Xarici İşlər Nazirliyi Rusiyaya pilotsuz təyyarələr göndərilməsi iddiasına cavab olaraq: Amerika yaxşı olarki regiondakı öz hərəkətlərinə bir baxsın!

Cümə axşamı 14 İyul 2022 - 07:12
https://az.iswnews.com/?p=10247

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İranın Ukrayna müharibəsinə qarşı neytral mövqeyini vurğulayan İran Xarici İşlər Nazirliyi Amerikanı Qərbi Asiya regionunu böyük silah anbarına çevirməkdə ittiham edib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani İranın pilotsuz təyyarələrinin Rusiyaya göndərilməsi iddiası ilə bağlı media nümayəndələri ilə keçirdiyi mətbuat konfransında deyib: “Rusiya siyasi, iqtisadi və təhlükəsizlik sahələrində İslam Respublikasının ciddi tərəfdaşı olan regionun ən mühüm ölkələrindən biridir. İran İslam Respublikasının Ukraynadakı müharibə ilə bağlı mövqeyi kifayət qədər aydındır və dəfələrlə rəsmi şəkildə açıqlanıb. İran və Rusiya arasında bəzi müasir texnologiyalar sahəsində əməkdaşlığın tarixi Ukraynadakı müharibədən əvvələ gedib çıxır və son vaxtlar bu əlaqələrdə xüsusi inkişaf müşahidə olunmur. Amerika rəsmisinin iddiası Amerika və avropalıların uzun illərdir ki, işğalçı və təcavüzkar ölkələri, o cümlədən Qərbi Asiya regionunu öz müxtəlif ölümcül silahlarının anbarına çevirmələrinə baxmayaraq çox yersizdir.”

O, daha sonra Rusiya və Çinlə qlobal saziş üzərində işlərə toxunaraq deyib: “İranın hərtərəfli əlaqələrin inkişafı üçün yol xəritəsi olaraq Rusiya və həçinin Çinlədə qlobal saziş imzalaması mühümdür. Bu istiqamətdə işlər aparılır, danışıqlar davam etdirilir və İran və Rusiyanın birgə iradəsi sayəsində gələcəkdə bu razılaşma əldə olunacaq”. Kənani bu mətbuat konfransının sonunda Səudiyyə Ərəbistanı ilə gələcək məsləhətləşmələrə ümid bəsləyərkən sionist rejimin son hərəkətlərinə reaksiya verərək deyib: “İran İsrailin hər hansı bir ağılsız hərəkətinə mütləq ciddilik, qətiyyət və peşiman edici cavab verəcək.”

Qeyd edək ki, prezident Cozef Baydenin Qərbi Asiyaya səfəri ərəfəsində ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Salivan Ukrayna müharibəsində istifadə və hərbi təlim keçmək üçün Rusiyaya yüzlərlə İran dronunun göndərəcəyini iddia etmişdi.


Daha çox oxuyun: Göy paltarlı uzunqulağın Hayfa tör-töküntüləri və sağmal inəklə görüşü!

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir