Fələstində baş verən son hadisələr, 13 İyul 2022

Cümə axşamı, 14 İyul 2022 - 06:19
https://az.iswnews.com/?p=10244

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İsrail ordusu İsrail Hərbi Hava Qüvvələri ilə Yunanıstan Hərbi Hava Qüvvələrinin birgə hava təlimi keçirdiyini açıqlayıb.

– İbrani mediası elan edib ki, sionist rejim ordusu Livan Hizbullah qüvvələrinin içəri daxil olmasından ehtiyat edərək, işğal olunmuş Fələstinin şimalında Metula qəsəbəsi ətrafında divar çəkməyi planlaşdırır.

– İyulun 11-də Kan İbrani kanalının müxbiri Şimon Aran, əvvəllər Mossad casus agentliyinin istifadə etdiyi təyyarənin bu gün axşam saatlarında Səudiyyə Ərəbistanının paytaxtına eniş etdiyini açıqlayıb!

– İyulun 12-də İsrail təhlükəsizlik qüvvələri 4 fələstinlini İordan çayının qərb sahilində anti-İsrail əməliyyatları keçirməyə cəhd ittihamı ilə həbs edib.

– ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Salivan prezident Co Baydenin işğal olunmuş Fələstinə səfəri zamanı sionist rejimin müxalifət hərəkatının rəhbəri Benyamin Netanyahu ilə 15 dəq-lik görüşəcəyini açıqlayıb.

– BMT-nin baş katibi Antonio Qutreş illik hesabatında bildirib ki, sionist rejim 2021-ci ildə işğal olunmuş ərazilərdə 78 fələstinli uşağın şəhadətinə və 982 uşağın yaralanmasına görə məsuliyyət daşıyır.

– Likud partiyası noyabrda keçiriləcək Knesset seçkilərində iştirak üçün zəmin hazırlamaq məqsədilə avqustun 3-də partiyadaxili seçkilərin keçiriləcəyini açıqlayıb.

– İyulun 12-də “Ze Vol Strit Jurnal” qəzeti İsrailin Bəhreynə pilotsuz təyyarələr və anti-dron sistemləri satmağa razı olduğunu bildirib.

– İran Xarici İşlər Nazirliyinin sözçüsü İranın nüvə fəaliyyətlərinin tamamilə aydın və qanuni olduğunu açıqlayıb. İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsi Agentliyinin üzvüdür və bütün fəaliyyətlər Agentliyin nəzarəti altında həyata keçirilir. Nüvə arsenalına malik olan və Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin üzvü olmayan sionist rejimin İranın dinc fəaliyyətinə münasibət bildirməyə haqqı yoxdur.

– İyulun 12-də Fələstin müqavimət qüvvələri əl-Xəlilin şimal-şərqində yerləşən sionist “Xarsina” qəsəbəsini atəşə tutub.

– İyulun 13-də Sionist rejim ordusu dünən İsrail Hərbi Hava Qüvvələri ilə Yunanıstan Hərbi Hava Qüvvələrinin birgə hava təliminin keçirildiyini açıqlayıb. Bu təlimdə tərəflər qabaqcıl hava döyüşü, havada yanacaq doldurma da daxil olmaqla müxtəlif halların öhdəsindən gəlmək üçün öz məlumat və biliklərini bölüşüblər.

– İyulun 12-də sionist rejimin müharibə naziri Benni Qantz mülki yardım qüvvələri və tibb işçilərinin istifadəsi üçün Ukraynaya yeni hərbi texnika göndərilməsinə icazə verib. Bu hərbi yükə 1500 dəbilqə, 1500 gülləkeçirməz jilet, 1000 qaz maskası və s. daxildir. İsrail Hərbi Nazirliyinin bəyanatına görə, bu avadanlıqlar yaxın həftələrdə Ukraynaya təhvil veriləcək.

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.