İraqda baş verən son hadisələr, 13 İyul 2022

Çərşənbə 13 İyul 2022 - 23:03
https://az.iswnews.com/?p=10238

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Həşd əş-Şabi Təşkilatının 54-cü Briqadasının qüvvələri əl-Ənbar vilayətində yerləşən əl-Kərmə bölgəsində təhlükəsizlik əməliyyatı zamanı İŞİD terror qruplaşmasının silah-sursatının bir hissəsini aşkar edərək müsadirə edib.

1- Bağdad:

İyulun 13-də Bağdadın şimalında yerləşən Tarmiyyə məntəqəsinin şimalında İraqlı bir qadın İŞİD terrorçu ünsürləri tərəfindən şəhid edilib.

2- əl-Ənbar:

– İyulun 11-də Həşd əş-Şaabi təşkilatı əl-Ənbarın şərqində bir İŞİD üzvünün həbs olunduğunu açıqlayıb.

– İyulun 12-də Həşd əş-Şabi Təşkilatının 54-cü briqadasının 3-cü alayının qüvvələri Əl-Kərmə bölgəsində təhlükəsizlik əməliyyatı zamanı İŞİD terror qruplaşmasının silah-sursatının bir hissəsini aşkar edərək müsadirə edib.

3-Ninova:

İyulun 12-də İŞİD üzvlərindən biri Ninova çölündə Həşd əş-Şabi qüvvələri tərəfindən həbs edilib.

4- Ərbil:

İyulun 13-də İraqın Birgə Əməliyyatlar Baş Qərargahının rəisi Həmid Əbdül Məqsud, İraq Ordusunun Quru Qoşunlarının komandanı Qasim Əl-Məhəmmədi və bir sıra yüksək rütbəli hərbi komandirlər İraq Kürdüstan Bölgəsinin Peşmərgə Baş Qərargah rəisi ilə görüşmək və müzakirələr üçün Ərbilə gəlib.

5- Bəsrə:

İyulun 12-də təhlükəsizlik mənbələri İraqın Bəsrənin Ummu Qəsr limanında beş yeni qabaqcıl Amerika və Fransa radarı aldığını bildirib.

6- İyulun 11-də Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Qutreş, Klaudio Kordonini İraqdakı xüsusi nümayəndəsi Jenin Henis Plasxert-in müavini təyin edib.

7- İyulun 11-də İraq parlamentindəki Fəth koalisiyasının rəhbəri Hadi Əl-Amiri İraqın baş nazirliyinə namizədliyini təkzib edib və bununla bağlı yayılan xəbəri yalan adlandırıb.

8- İyulun 11-də bəzi mənbələr İraq Şiələrinin koordinasiya birliyinin Heydər əl-İbadini baş nazir postuna öz seçimi kimi təqdim edəcəyini iddia edib.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir