Ballistik raketlər və hipersonik silahlar arasında fərq nədir?

Çərşənbə 13 İyul 2022 - 15:19
https://az.iswnews.com/?p=10227

Hipersonik qanadlı raketlərin və ya qısaca HCM və hipersonik planer döyüş başlıqları və ya qısaca HGV adlandırılmasının səbəbi onların uçuş sürətindədirki, bu da 5 Max-dan çoxdur; yəni onların sürəti səs sürətindən beş dəfə çoxdur. Təbii ki, səsin sürəti atmosferin və maddənin daxilində mövcuddur və atmosferdən kənarda səsin sürətindən danışmağın mənası yoxdur.

Balistik raketlər trayektoriyasının böyük hissəsini atmosferdən kənarda keçir, lakin hipersonik silahları trayektoriyalarının əsas hissəsini atmosferdə keçir və səs sürətindən beş dəfə çox sürətlə hərəkət edir və bu silahların əsas fərqidə elə bundadır.

Balistik raketlərin uçuş hündürlüyü hipersonik silahlarına nisbətən daha yüksək olduğundan, daha sürətli aşkarlama və daha təsirli izləmə qabiliyyətinə malikdirlər və normal olaraq atmosferdən kənarda üçduqları üçün SEPAH Aerokosmik Qüvvələri tərəfindən bu yaxınlarda nümayiş etdirilən döyüş başlığı kimi atmosferdən kənarda manevr etmək üçün xüsusi olaraq hazırlanmadığı təqdirdə atmosferdən kənarda çox manevr qabiliyyəti yoxdur.

Hipersonik silahlarının yaradılmasında məqsəd qanadlı raketlərə bənzər aşağı uçuş hündürlüyünə malik ballistik raketlərin diapazonunda silahın sürətini saxlamaqdır. Balistik raketlərin trayektoriya profili adətən əyri olur, lakin hipersonik silahlarının uçuş profili nisbətən düz və aşağıdır.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir