Suriyada baş verən son hadisələr, 12 İyul 2022

Çərşənbə axşamı 12 İyul 2022 - 22:33
https://az.iswnews.com/?p=10186

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Türkiyənin müdafiə naziri Halusi Akar bəyan edib ki, Türkiyə Suriyanın şimalından, xüsusilə Təl Rəfat və Mənbicdən gələn terrorçu qrupların hədəfinə çevrilib və hərbi əməliyyatlara başlamaqda qərarlıyıq.

1- Hələb:

– İyulun 11-də Suriya Demokratik Qüvvələri (SDQ) Eyn əl-Ərəb bölgəsində (Kobani) Suriya Ordusunun qüvvələri ilə birgə əməliyyat otağı yaradıb.

– İyulun 11-də Türkiyənin dəstəklədiyi yaraqlılar artilleriya hücumları ilə Şəhba ərazisini hədəfə alıblar.

– İyulun 11-də Suriya ordusunun Hələbin qərbində yerləşən Küfr-əmmə bölgəsində silahlı qüvvələrin mövqelərinə artilleriya zərbələri nəticəsində silahlı qüvvələrin səhra komandirlərindən biri həlak olub.

Suriya ordusunun artilleriya hücumu nəticəsində həlak olan silahlı qüvvələrin səhra komandirinin şəkli

– İyulun 10-da Türkiyə ordusuna məxsus bir pilotsuz təyyarənin Şəhba və Təl Rəfat əraziləri üzərində uçuşu müşahidə olunub.

– İyulun 12-də Türkiyə dəstəkli silahlı qüvvələr Tel Rəfatın cənub-şərqində Suriya Demokratik Qüvvələrinin (SDQ) mövqelərinə hücum edib.

2- İdlib:

– İyulun 12-də Məcdəliyə kəndindəki silahlıların mövqeləri Suriya ordusunun artilleriya hücumuna məruz qalıb.

– İyulun 12-də İdlib əyalətinin cənubunda yerləşən Belşon kəndi, Meşon qəsəbəsi və Cəbəl əz-Zaviyənin bir sıra digər ərazilərindəki silahlıların mövqeləri rus qırıcılarının hədəfinə çevrilib.

Rus döyüş təyyarələrinin Cəbəl əz-Zəviyəyə – İdlibə hücumundan görüntülər

Rus döyüş təyyarələrinin Cəbəl əz-Zaviyəyə hücumunun videosu – İdlib (1)

Rus döyüş təyyarələrinin Cəbəl əz-Zəviyəyə hücumunun videosu – İdlib (2)

3-Dəra:

İyulun 11-də Suriya ordusu qüvvələri Dəra şəhərində əldəqayırma bomba aşkarlayıb. Bu bomba Suriya ordusunun mühəndis bölmələrinin nəzarəti altında partladılıb.

4- Deyr əz-Zor:

– İyulun 11-də Suriya ordusu qüvvələri əl-Bukamal şəhərinin küçələrində patrul xidməti həyata keçirib.

– İyulun 11-də Suriya Demokratik Qüvvələrinin (SDQ) hərbi maşını Deyr əz-Zorun qərbində naməlum silahlılar tərəfindən hücuma məruz qalıb. Bu hadisə nəticəsində ölən olmayıb.

– İyulun 11-də Suriya Demokratik Qüvvələrinin (SDQ) iki üzvü Deyr əz-Zorun şərqindəki əl-Zər kəndinin su stansiyası yaxınlığında naməlum silahlı şəxslər tərəfindən öldürülüb.

5- Rakka:

– İyulun 11-də Rusiya döyüş təyyarələri Rakkanın cənub-qərbindəki Rəsafa bölgəsində İŞİD-in sığınacaqlarına hücum edib.

– İyulun 11-də Rusiya ordusunun helikopterləri Rəsafa ərazisi üzərində uçuşlar edib.

– İyulun 12-də Türkiyə dəstəkli yaraqlılar artilleriya hücumları ilə M4 magistralını və Eyn-İsa-nın ətrafını hədəfə alıblar.

6- Həsəkə:

– İyulun 12-də Amerika koalisiya qüvvələri Təl-Həmis ətrafında yerləşən Əbu-Kəbir kəndini patrul edib.

İyulun 12-də Suriya ordusu qüvvələri Qamışlı ətrafında yerləşən Salehiyyə bölgəsində Amerika koalisiya karvanının keçməsinin qarşısını alıb.

Amerika koalisiya karvanının şəkli

– İyulun 11-də Amerika koalisiya qüvvələri Rəmilən bölgəsində patrul həyata keçirib.

7- Quneytərə:

İyulun 10-da Suriya ordusu komandirlərindən biri Quneytərə vilayətinin Cəba bölgəsində naməlum silahlı şəxslər tərəfindən şəhid edilib.

Naməlum silahlılar tərəfindən şəhid edilən Suriya ordusu səhra komandirinin görüntüləri

8- İyulun 10-da Türkiyənin müdafiə naziri Halusi Akar bəyan edib ki, Türkiyə Suriyanın şimalından, xüsusilə Təl Rəfət və Mənbicdən gələn terrorçu qrupların hücumuna məruz qalıb. Biz hərbi əməliyyatlara başlamaq əzmindəyik. Əməliyyat planları hazırdır və prezident Ərdoğanın dediyi kimi, əməliyyat qəfildən başlayacaq.

Yüksək keyfiyyətli xəritə

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir