Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin Yüz Otuz ِDoqquzuncu Günü, 12 İyul 2022

Çərşənbə axşamı 12 İyul 2022 - 12:12
https://az.iswnews.com/?p=10172

– Amerika: İran Rusiyanı hücum dronları ilə təchiz edir!

Ceyk Salivan, Amerika prezidentinin milli təhlükəsizlik üzrə müşaviri: “ABŞ-da məlumat var ki, İran Rusiyanı öz pilotsuz təyyarələri ilə təchiz etməyə hazırdır. Bu dronlar Ukrayna müharibəsində istifadə üçün nəzərdə tutulub və bu dronlardan istifadə üzrə təlimlər iyulun əvvəlində başlayıb. Sayları yüzlərlə olan pilotsuz təyyarələrin bəziləri həm də silah daşımaq qabiliyyətinə malikdir və onlardan neçəsinin Rusiyaya çatdırıldığı hələki bəlli deyil. İran ya nüvə sazişinə qayıtmaq və ya Amerikanın artan təzyiqi və beynəlxalq təcridlə üzləşmək arasında seçim etməlidir. “Biz onlara dedik ki, bizim və avropalı tərəfdaşlarımızın dəstəyi ilə təklif olunan bir saziş var və onlar bunu qəbul etməlidirlər”.

İranın silah embarqolarının sona çatdığını nəzərə alsaq, İranın hərbi müqavilələrinin ümumi və təfərrüatlarının ABŞ başda olmaqla digər ölkələrlə heç bir əlaqəsi yoxdur və bu məsələ İrana təzyiq vasitəsi kimi istifadə edilə bilməz. Bundan əlavə, Amerikanın illərdir düşmənlərimizi silahla təmin etdiyi bir şəraitdə İran niyə eyni şeyi etməsin? Hər halda, hər hərəkətin bir qarşılığı var!

– Ukrayna ordusu Xerson vilayətinin Nova Kaxovka rayonunun obyektlərinə “Himars” raket kompleksi ilə hücum edib. Bu hücumdan sonra böyük partlayış baş verib və rus mövqelərinə xeyli ziyan dəyib. Bu hücumda indiyədək 7 nəfərin öldüyü və 40-dan çox adamın yaralandığı bildirilir.

Onlayn xəritədə Nova Kaxovka rayonunun yeri

– Ukrayna Müdafiə Naziri: Ukrayna ordusunun itkiləri artıb!

Ukraynanın müdafiə naziri Aleksey Reznikov Wall Street Journal-a müsahibəsində bildirib ki, biz ağır itkilər verdiyimiz üçün bölmələrimizi təkmilləşdirməli, dəyişdirməli və nizamlamalıyıq. Biz tərəfdaşlarımızdan daha çox zirehli texnika və silah istəyirik.

Bəzi əraziləri yenidən qurmalı, istehkamları təkmilləşdirməli və yeni əməliyyat strategiyası planlaşdırmalıyıq.

Ukraynanın müdafiə naziri bəyan edib ki, “Javelin” və “NLAW” anti-zireh raketləri artıq Ukrayna Silahlı Qüvvələrinin vacib və tələb olunan texnikası siyahısında yoxdur və hazırda Kiyevin uzaqmənzilli artilleriyaya ehtiyacı var.

Bu xəbər yenilənir…

Keçmiş günlərdə Ukrayna müharibəsi xəbərləri:

Gün 1 – Gün 2 – Gün 3 – Gün 4 – Gün 5 – Gün 6 – Gün 7 – Gün 8 – Gün 9 – Gün 10 – Gün 11 – Gün 12 – Gün 13 – Gün 14 – Gün 15 – Gün 16 – Gün 17 – Gün 18 – Gün 19 – Gün 20 – Gün 21 – Gün 22 – Gün 23 – Gün 24 – Gün 25 – Gün 26 – Gün 27 – Gün 28 – Gün 29 – Gün 30 – Gün 31 – Gün 32 – Gün 33 – Gün 34 – Gün 35 – Gün 36 – Gün 37 – Gün 38 – Gün 39 – Gün 40 – Gün 41 – Gün 42 – Gün 43 – Gün 44 – Gün 45 – Gün 46 – Gün 47 – Gün 48 – Gün 49 – Gün 50 – Gün 51 – Gün 52 – Gün 53 – Gün 54 – Gün 55 – Gün 56 – Gün 57 – Gün 58 – Gün 59 – Gün 60 – Gün 61 – Gün 62 – Gün 63 – Gün 64 – Gün 65 və 66 – Gün 67 – Gün 68 – Gün 69 – Gün 70 – Gün 71 – Gün 72 – Gün 73 – Gün 74 – Gün 75 – Gün 76 – Gün 77 – Gün 78 – Gün 80 – Gün 81 – Gün 82 – Gün 83 – Gün 84 – Gün 85 – Gün 86 – Gün 87 – Gün 88 – Gün 89 – Gün 90 – Gün 91 – Gün 92 – Gün 93 – Gün 94 – Gün 95 – Gün 96 – Gün 97 – Gün 98 – Gün 99 – Gün 100 – Gün 101 – Gün 102 – Gün 103 – Gün 104 – Gün 105 – Gün 106 – Gün 107 – Gün 108 – Gün 109 – Gün 110 – Gün 111 – Gün 112 – Gün 113 – Gün 114 – Gün 115 – Gün 116 – Gün 117 – Gün 118 – Gün 119 – Gün 120 – Gün 121 – Gün 122 – Gün 123 – Gün 124 – Gün 125 – Gün 126 – Gün 127 – Gün 128 – Gün 129 – Gün 130 – Gün 131 – Gün 132 – Gün 133 – Gün 134 – Gün 135 – Gün 136 – Gün 137Gün 138

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir