Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin Yüz Otuz Səkkizinci Günü, 11 İyul 2022

Bazar ertəsi, 11 İyul 2022 - 14:09
https://az.iswnews.com/?p=10153

– Ukraynadakı müharibə zamanı Rusiya ordusunun itkiləri və tələfatları ilə bağlı Ukrayna mediasının statistikası (tarix: 24 fevral – 11 iyul 2022-ci il):

37.400-dən çox rusiyalı hərbçi öldürülüb və yaralanıb.

1645 tank, 3828 hərbi maşın, 838 top, 247 reaktiv yaylım atəşi sistemi, 109 hava hücumundan müdafiə sistemi, 217 təyyarə, 188 helikopter, 2696 ağır texnika və yanacaq tankeri, 15 yüngül sürətli qayıq və döyüş gəmisi, 676 dron məhv edilib.

– Rusiya Müdafiə Nazirliyinin Ukraynadakı müharibə zamanı Ukrayna ordusunun itkiləri və dəymiş zərərləri ilə bağlı statistikası (tarix: 24 fevral – 11 iyul 2022-ci il):

Ukraynada müharibə başlayandan indiyədək 243 hərbi təyyarə, 137 helikopter, 1506 pilotsuz təyyarə, 354 hava hücumundan müdafiə sistemi, 4020 tank və digər zirehli texnika, 741 reaktiv yaylım atəşi sistemi, 3132 səhra topu və minaatan, 4149 xüsusi təyinatlı hərbi texnika məhv edilib.

– Ukrayna müdafiə naziri: İsrailin Dəmir Qübbə sistemi Rusiya raketlərinin qarşısını ala bilməyəcək!

Ukraynanın müdafiə naziri “Aleksey Reznikov” son açıqlamasında bildirib ki, Ukraynanın Dəmir Qübbəyə ehtiyacı yoxdur, çünki bu sistem raketlər, minaatanlar və kiçik mənzilli silahlarla mübarizə aparmaq üçün hazırlanıb və ballistik və qanadlı raketlərə qarşı təsirli olmayacaq.

Bu sözləri Ukraynanın müdafiə naziri Ukraynanın işğal olunmuş Fələstindəki səfiri Kiyevin Rusiya ordusunun hücumlarına qarşı çıxmaq üçün “Dəmir Qubbə” sistemi almaq qərarı barədə məlumat verərkən deyib!

– Ukrayna ordusu cənub rayonlarını geri almağa hazırlaşır

Ukrayna müdafiə naziri Aleksey Reznikov İngiltərənin “Sandey Taymz” (“The Sunday Times”) qəzetinə müsahibəsində ölkədə hazırda Rusiyanın nəzarətində olan cənub rayonlarını geri almaq üçün qüvvələrin toplandığını açıqlayıb. Reznikov bildirib ki, Zelenski bu yaxınlarda Qərbdən göndərilən silahların köməyi ilə cənub sahillərinin azad edilməsi əmrini verib.

O vurğulayıb: “NATO-nun silah yardımlarına məmnunluğumuza baxmayaraq, əsgərlərimizin həyatını xilas etmək üçün bizə daha çox silah və sürət lazımdır. Hər gün silahların çatdırılmasında gecikmə 100 Ukrayna əsgərinin həyatına başa gəlir.

Hazırda Ukraynanın silahlı qüvvələrinin sayı 700 minə yaxın əsgərdir və bu rəqəmə milli qvardiya, polis və sərhəd polisi də əlavə olunarsa, onların sayı bir milyona çatacaq. Həmçinin dünyanın müxtəlif yerlərindən olan 400 mindən çox könüllü vətənlərini müdafiə etmək üçün Ukraynaya qayıtmaq qərarına gəlib. Ukrayna qüvvələrinin Sorodonetsk və Lisiçanskdan çıxarılması Ukrayna vətəndaşlarının həyatını xilas etmək üçün taktiki bir tədbir idi”.

Çıxışının sonunda Reznikov ölkənin cənubundakı (Xerson vilayəti və Zaporojya) Ukrayna vətəndaşlarından Rusiyanın nəzarətində olan ərazilərdən uzaqlaşmalarını istəyib.

Ukraynanın cənub bölgələri böyük limanların olması və Qara dəniz vasitəsilə taxıl və buğda ixracının yüksək həcminə görə Ukrayna iqtisadiyyatında çox önəmlidir. Buna görə də Ukrayna prezidenti Zelenski dəfələrlə bu ərazilərin geri alınmasını vurğulayıb.

Keçmiş günlərdə Ukrayna müharibəsi xəbərləri:

Gün 1 – Gün 2 – Gün 3 – Gün 4 – Gün 5 – Gün 6 – Gün 7 – Gün 8 – Gün 9 – Gün 10 – Gün 11 – Gün 12 – Gün 13 – Gün 14 – Gün 15 – Gün 16 – Gün 17 – Gün 18 – Gün 19 – Gün 20 – Gün 21 – Gün 22 – Gün 23 – Gün 24 – Gün 25 – Gün 26 – Gün 27 – Gün 28 – Gün 29 – Gün 30 – Gün 31 – Gün 32 – Gün 33 – Gün 34 – Gün 35 – Gün 36 – Gün 37 – Gün 38 – Gün 39 – Gün 40 – Gün 41 – Gün 42 – Gün 43 – Gün 44 – Gün 45 – Gün 46 – Gün 47 – Gün 48 – Gün 49 – Gün 50 – Gün 51 – Gün 52 – Gün 53 – Gün 54 – Gün 55 – Gün 56 – Gün 57 – Gün 58 – Gün 59 – Gün 60 – Gün 61 – Gün 62 – Gün 63 – Gün 64 – Gün 65 və 66 – Gün 67 – Gün 68 – Gün 69 – Gün 70 – Gün 71 – Gün 72 – Gün 73 – Gün 74 – Gün 75 – Gün 76 – Gün 77 – Gün 78 – Gün 80 – Gün 81 – Gün 82 – Gün 83 – Gün 84 – Gün 85 – Gün 86 – Gün 87 – Gün 88 – Gün 89 – Gün 90 – Gün 91 – Gün 92 – Gün 93 – Gün 94 – Gün 95 – Gün 96 – Gün 97 – Gün 98 – Gün 99 – Gün 100 – Gün 101 – Gün 102 – Gün 103 – Gün 104 – Gün 105 – Gün 106 – Gün 107 – Gün 108 – Gün 109 – Gün 110 – Gün 111 – Gün 112 – Gün 113 – Gün 114 – Gün 115 – Gün 116 – Gün 117 – Gün 118 – Gün 119 – Gün 120 – Gün 121 – Gün 122 – Gün 123 – Gün 124 – Gün 125 – Gün 126 – Gün 127 – Gün 128 – Gün 129 – Gün 130 – Gün 131 – Gün 132 – Gün 133 – Gün 134 – Gün 135 – Gün 136Gün 137

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.