İsrailin Dəməşq ətrafına hava və raket zərbələri + Şəkillər

Çərşənbə 9 Fevral 2022 - 14:14
https://az.iswnews.com/?p=1013

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, Sionist rejim bu gün səhər Dəməşqin kənarındakı hədəfləri hava hücumları və raketlərlə hədəfə alıb.

Suriya hərbi mənbəsinin məlumatına görə, bu gün yerli vaxtla saat 00:56 radələrində İsrail qırıcı təyyarələri Dəməşqin kənarındakı hədəflərə bir neçə raket zərbəsi endirib. Hücumdan əlavə, yerli vaxtla saat 01:10-da İsrail işğal altındakı Qolan təpələrindən Dəməşqin kənarındakı hədəflərə bir neçə yer-yer tipli raket zərbələri endirib. Suriya ordusunun hava hücumundan müdafiəsi bu hücumların qarşısını almaqda fəallıq göstərib və bir sıra hücumların qarşısını almağa müvəffəq olub. Bu hücumlar nəticəsində 1 Suriya əsgəri şəhid olub, daha 5 əsgər isə yaralanıb.

Hücum zamanı Suriya ordusu işğal olunmuş Fələstinin hava məkanına daxil olan raketi İsrail qırıcılarına tərəf atıb. Suriya raketi İsrail ordusunun müdafiə sistemlərini işə salmadan işğal olunmuş Fələstin səmasında partladı! Hadisə Hayfanın cənub-şərqindəki Umm əl-Fəhm şəhərində həyəcan siqnalının çalınmasına səbəb olub.
İsrail ordusu həmçinin Suriyanın hava hücumundan müdafiə raketinin işğal olunmuş ərazilərə daxil olduqdan sonra səmada partladığını və İsrailin hava hücumundan müdafiə sisteminin raketə qarşılıq vermədiyini açıqlayıb.

Yayımlanan görüntülərə görə, İsrail rejiminin bu gün səhər saatlarında Dəməşq ətrafına hücumları nəticəsində çoxlu sayda yaşayış evi və mülki yerlərə ciddi ziyan dəyib.

Həmçinin yanvarın 31-də İsrail qırıcı təyyarələri Beyrutun şərq səmasından Dəməşqin kənarındakı hədəflərə bir neçə raket zərbəsi endirmişdir və onların əksəriyyəti Suriya ordusunun hava hücumundan müdafiə sistemləri ilə dəf edilmişdir. Hücum nəticəsində tələfat və dağıntı olmamışdır.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir