AİP sədri Dr. Mövsüm Səmədov Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Bazar 10 İyul 2022 - 06:51
https://az.iswnews.com/?p=10102

AİP sədri Dr. Mövsüm Səmədov bu il iyul ayının 10-na təsadüf edən Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Təbrikdə deyilir:

Bismilləhir-Rahmənir-Rahim

Zilhiccə ayının 10-na təsadüf edən və bütün müsəlman aləmində İlahi dərgaha yaxınlaşmağın simvollarından biri hesab olunan Qurban bayramı münasibətilə dünya müsəlmanlarını və Azərbaycan xalqını təbrik edirəm.

Ümüd edirəm ki, bəndələrin din və Allah təala yolunda fədakarlığının nişanəsi olan İlahi ayinləri həyata keçirərək xalqımız uca mənəvi məqamlara yetişsin və bununla da cəmiyyətimizin qarşılaşdığı problem və böhranları aradan aparmağa nail olsun.

Həmçinin də arzu edirəm ki, İmam Zaman ağa (ə.f) tezliklə zühur etsin və öz böyük cəddi həzrət İbrahimin (ə) qoyduğu “Üzümü göyləri və yeri yaradan Allaha tuturam” (“vəccəhtu vəchi lilləzi fətərəs-səmavati vəl ərz”) şüarını bütün bəşəriyyət üçün diriltsin, inşallah!

Dr. Mövsüm Səmədov
AİP sədri
08.07.2022

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir