İraqın şimalında 3 türk əsgəri öldürüldü

Şənbə, 9 İyul 2022 - 15:07
https://az.iswnews.com/?p=10060

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyi İraqın şimalında keçirilən “Qıfıl Pəncəsi” əməliyyatı zamanı bu ölkənin daha 3 əsgərinin şəhid olduğunu açıqlayıb.

İyulun 7-də Türkiyənin Müdafiə Nazirliyi İraqın şimal bölgələrində keçirilən “Qıfıl Pəncəsi” əməliyyatı zamanı bu ölkənin “Məhəmməd Mustafa Koca”, “Ömər Ərtoğrul Sarı” və “Murad Yıldırım” adlı üç hərbiçisinin həlak olduğunu etiraf edib. Həmçinin PKK yaraqlılarının hücumu nəticəsində Türkiyə ordusunun daha 3 hərbçisi yaralanıb.

Belə ki, Türkiyə müdafiə naziri Halusi Akarın əmri ilə bu il aprelin 18-də səhər saatlarında İraqın şimalında PKK yaraqlılarına qarşı başlayan “Qıfıl Pəncəsi” əməliyyatında Türkiyə ordusu itkilərinin sayı 36-ya çatıb.

İyulun 4-də Türkiyə Müdafiə Nazirliyi İraqın şimalında keçirilən “Qıfıl Pəncəsi” əməliyyatı zamanı bu ölkənin əsgərlərindən olan “Ənəs Özgül”ün həlak olduğunu açıqlayıb.

Daha çox oxuyun: Şimali İraqda türk hərbçisi öldürülüb

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.