İran Bəlxab əhalisinə humanitar yardım göndərdi

Şənbə, 9 İyul 2022 - 14:15
https://az.iswnews.com/?p=10056

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Bəlxab şəhərində Talibanın daxili qarşıdurması və yüzlərlə dinc sakinin didərgin düşməsindən sonra İran İslam Respublikasının Əfqanıstandakı səfirliyi bu əraziyə öz humanitar yardımını göndərib.

İyulun 5-da İran İslam Respublikasının Kabildəki səfirliyi Sərpol vilayətində yerləşən Bəlxab şəhərində 500 məcburi köçkün ailəsinə ərzaq, dərman və geyim də daxil olmaqla humanitar yardım göndərib.

Bu ianələrə 50 kiloqramlıq un kisəsi, 24 kiloqramlıq düyü, 5 litrlik butulka yağ, 7 kilo şəkər, əczaçılıq məhsulları və paltar daxildirki, Bamyan əyalətindən köçkün Balxab əhalisinə çatması nəzərdə tutulur.

Eyni zamanda, Şahid Kazimi Xeyriyyə Fonduda öz humanitar yardımını Bəlxab köçkünlərinə göndərib, lakin Taliban yaraqlıları onun paylanmasına mane olub.

Xatırladaq ki, iyulun 3-də silahlı Taliban hökuməti ilə bu qruplaşmadan ayrılan komandir Mehdi Mücahid arasında baş verən qarşıdurma nəticəsində Bəlxab məntəqəsinin sakinlərindən yüzlərlə ailə bölgə ətrafındakı dağlara və Bamyan əyalətinə sığınıb və hazırda ağır vəziyyətdədirlər.

Daha çox oxuyun:

Talibanın Bəlxabda dinc sakinlərə qarşı cinayətləri + VİDEO və FOTO

Bəlxabın məzlum şiələrinə qarşı Talibanın etdiyi cinayətlərin pərdə arxası + VİDEO və FOTO

Video: İranın Bəlxab qaçqınlarına humanitar yardım göndərməsi

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.