İngiltərə İranın Yəmənə göndərdiyi silahları ələ keçirdiyini iddia etdi

Şənbə, 9 İyul 2022 - 11:51
https://az.iswnews.com/?p=10050

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Britaniya Hərbi Dəniz Qüvvələri İranın Yəmənə göndərdiyi silahların Oman dənizinin cənub sularında ələ keçirildiyini iddia edib.

Britaniya ordusunun iddialarına görə, Britaniya Hərbi Dəniz Qüvvələrinin döyüş gəmiləri döyüş helikopterləri və ABŞ ordusuna məxsus USS Gridley hərbi gəmisinin dəstəyi ilə yanvarın 28-i və fevralın 25-də səhər saatlarında Oman dənizinin cənub sularında qaçaqmalçıların sürətli qayıqlarında İrana məxsus silah yüklərini aşkar edib müsadirə etməyə nail olublar.

Müsadirə edilən silahlar arasında 358 yer-hava raketi və 1000 km mənzilli 351 qanadlı raket mühərriki olub. Britaniya Müdafiə Nazirliyi hesab edir ki, bu silahlar Ənsarullahın son illər Aramco şirkətinin Səudiyyə Ərəbistanındakı obyektlərinə və ötən il BƏƏ-yə hücumlarında istifadə etdiyi raketlərlə eynidir. Britaniya hakimiyyəti İranın bu hərəkətini Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 2216 saylı qətnaməsinin pozulması kimi qiymətləndirib və beynəlxalq hüquq öhdəliklərinə əməl etməyi və dənizlərdə asayişin qorunmasını tələb edib.

ABŞ, Səudiyyə Ərəbistanı və indi də Böyük Britaniya dəfələrlə Yəmən ətrafındakı Qırmızı dənizdə və digər beynəlxalq sularda İranın silah yüklərini ələ keçirdiklərini iddia ediblər. Amma bu iddialar birtərəflidir və İran və Yəmən rəsmiləri tərəfindən təsdiqini tapmayıb. Bu şəkildə silah göndərilməsinin düzgünlüyünün fərziyyəsi ilə demək lazımdır ki, bütün şərq və qərb ölkələri İranın regional düşmənlərini, o cümlədən sionist rejim və Səudiyyə koalisiyasına üzv ölkələri hər cür silahla təchiz etdiyi bir şəraitdə, Yəmən ordusunun təchiz edilməsi ağlabatan və düzgün bir hərəkətdir.

Britaniya Hərbi Dəniz Qüvvələri tərəfindən ələ keçirilən İran silahlarının görüntüləri yayımlanıb

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.