Fələstində baş verən son hadisələr, 7 İyul 2022

Şənbə, 9 İyul 2022 - 09:34
https://az.iswnews.com/?p=10043

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Sionist rejimin Nəqliyyat Nazirliyi İsrail və Türkiyə arasında ikitərəfli hava nəqliyyatının inkişafı üçün yeni aviasiya müqaviləsinin imzalandığını açıqlayıb.

– İyulun 5-də İsrailin baş naziri Yair Lapid Fransa prezidenti Emanuel Makrondan İranla nüvə danışıqlarında daha sərt mövqe tutmasını istəyib.

– İyulun 7-də sionist rejimin Nəqliyyat Nazirliyi İsrail və Türkiyə arasında ikitərəfli hava nəqliyyatının inkişafı üçün yeni aviasiya müqaviləsinin imzalandığını elan edib. Bu, tərəflər arasında 1951-ci ildən bəri ilk aviasiya müqaviləsidir və bu müqaviləyə əsasən Türkiyə və İsrail hava yolları bir-birinin şəhərlərinə uçuşlara başlayacaq.

Sionist rejimin müharibə naziri Benni Qantz bəyan edib ki, İran hərbi qüvvələrinin ötən aylardakı Qırmızı dənizdə mövcudluğu son on ildə Qırmızı dənizdəki ən mühüm mövcudluq hesab olunur və bu, qlobal ticarət, enerji və iqtisadiyyat üçün birbaşa təhlükədir.

Qırmızı dənizdəki İran gəmilərinin İsrailin peyk görüntüləri

– İyulun 7-də “Associated Press” xəbər agentliyi Qəzzədəki əsas binasının sionist rejimin döyüş təyyarələri tərəfindən dağıdılmasından bir ildən çox vaxt keçdikdən sonra ofisini yenidən açıb.

– ABŞ xarici işlər naziri Antoni Blinken İsrailin baş naziri Yair Lapidlə telefon danışığı zamanı Amerika və İsrailin üzləşdiyi ümumi təhlükələrə, xüsusən də İrandan gələn təhdidlərə qarşı durmaq öhdəliyini bir daha vurğuladı. Blinken həmçinin bildirib ki, ABŞ prezidenti Co Bayden Qərbi Asiyaya qarşıdakı səfəri zamanı ölkəsinin sionist rejimlə əməkdaşlığını qeyd etməyi planlaşdırır.

– HƏMAS hərəkatının Ərəb və İslam əlaqələri ofisinin rəhbəri Xəlil əl-Hiya bəyan edib ki, bu hərəkat rəsmilərinin xarici səfərləri Fələstin məsələsini izah etmək və Fələstin xalqına və müqavimətə müxtəlif formalarda dəstək cəlb etmək məqsədi daşıyır.

– HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Həniyə dünən axşam Əlcəzair prezidenti Əbdülməcid Təbunun rəsmi dəvəti ilə bu ölkəyə səfər edib.

İslami Müqavimət Hərəkatı HƏMAS-ın siyasi ofisinin rəhbəri İsmayıl Haniyə bu hərəkatın liderlərindən ibarət nümayəndə heyətinin başında Əlcəzair parlamentinin sədri İbrahim Buğali ilə görüşüb.

– İyulun 6-da İsrail hərbiçiləri əl-Xəlil şəhərinin ənənəvi və tarixi bazarlardan birini dağıdıblar.

– Sionist rejim televiziyasının 12-ci kanalı İranın mümkün hücumlarının qarşısını almaq üçün sionist rejim donanmasının Qırmızı dənizdə hərəkətliyinin artdığını elan edib.

– Yerli mənbələr işğal altındakı Fələstinin şimalında bomba yüklü avtomobilin partladılması və bir nəfərin öldürülməsi barədə məlumat yayıb. Bu şəxsin kimliyi və bu partlayışla bağlı daha ətraflı məlumat verilməyib.

– İyulun 3-də Livan Hizbullahı Aralıq dənizinin şərqində yerləşən Kariş qaz yatağında İsrailin mövqelərinə üç kəşfiyyat dronunun göndərilməsini təsdiqləyən bəyanat yayıb.

Daha çox oxuyun: Hizbullah dronları İsrailə xəbərdarlıq etdi!

– İyulun 2-də İsrail ordusu Aralıq dənizində işğal olunmuş Fələstin sularının şimalında yerləşən Kariş qaz yatağının yaxınlığında üç dronu ələ keçirərək məhv etdiyini iddia edib. İsrail ordusunun verdiyi açıqlamaya görə, bu pilotsuz təyyarələrdən biri qırıcı, digər ikisi isə döyüş gəmisi tərəfindən atılan raketlərlə məhv edilib.

– İyulun 6-da sionist rejimin Cənin şəhərinin cənubunda yerləşən Cəbə qəsəbəsinə hücumu nəticəsində Rəfiq Ğənnam adlı fələstinli gənc şəhid olub.

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.