Ənsarullah Taiz yolunu könüllü olaraq yenidən açır

Şənbə 9 İyul 2022 - 00:43
https://az.iswnews.com/?p=10040

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Yəmənin Ali Siyasi Şurası Qurban bayramı münasibətilə Taiz şəhərində yollardan birinin açılmasına göstəriş verib.

Yəmənin Ali Siyasi Şurası Qurban bayramı ilə bağlı bəyanat yayıb və Taiz şəhərində Əl-Xamsin-Əl-Sittin yolunun könüllü olaraq açılmasına göstəriş verib. Bu şura qeyd edib ki, bu hərəkət Yəmənin Qurtuluş Hökumətinin Milli Hərbi Komitəsinin məsləhəti ilə və Taiz xalqının iztirab və ağrısını azaltmaq üçün edilib. Şura bu bəyanatda istefa vermiş hökumətin və İslah Partiyasının tabeliyindəki silahlı qrupları bu yollarda yarana biləcək hər hansı bir təhlükəsizliyə görə məsuliyyət daşıdığını və Taiz-Səna yolunun silahlı milislərdən boşaldılmasını tələb edib. Bəyanatın davamında bu ali qurum Taiz əhalisini öz hüquqlarını müdafiə etməyə və yolların açılmasına mane olan amillər və silahlı şəxslərə qarşı durmağa çağırıb.

Yəməndə atəşkəs razılaşmasının əldə olunmasından sonra Ənsarullah və Yəmənin istefa vermiş hökuməti Yəmənin müxtəlif əyalətlərində yolların açılması üçün bir neçə dəfə danışıqlar aparıb. Ancaq xarici ölkələrin təzyiqlərinə qarşı müstəqil şəkildə etiraz edə bilməyən, həmçinin işğal olunmuş ərazilərdə, xüsusən də Taiz vilayətində özbaşına qruplara nəzarət edə bilməyən Yəmənin istefa vermiş hökuməti hər dəfə Ənsarullahın təkliflərini qəbul etməkdən boyun qaçırırdı.

Ənsarullah Taiz yolunu bir tərəfli yenidən açmaqla göstərdi ki, bütün Yəməndə sülhün davam etdirilməsini və mərkəzləşdirilmiş idarəetmənin qurulmasını istəyir amma Səudiyyə koalisiyası atəşkəsdən hərbi qüvvələrini yeniləmək və tabeliyində olan qrupların siyasi strukturunu təşkil etmək üçün fürsət kimi istifadə edir.

Daha çox oxuyun:

Ənsarullah Rəhbəri: Bizim, hətta Amerikanın müasir avadanlıqlarının da mübarizəyə qadir olmadığı raketlərimiz var

Yəməndə baş verən son hadisələr, 27 İyun 2022

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir