Suriyada baş verən son hadisələr, 7 İyul 2022

Cümə 8 İyul 2022 - 23:42
https://az.iswnews.com/?p=10026

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Türkiyə ordusunun Suriyanın şimalında yeni əməliyyata başlamasının pıçıltısı ilə eyni vaxtda Rusiya ordusunun 300-dən çox desantı hərbi təyyarələr ilə Qamışlı hava limanına aparılıb.

1-Hələb:

– İyulun 4-də Eynul Ərəb şəhərinin kənarında Rusiya və Türkiyə arasında birgə hərbi patrul həyata keçirilib.

– İyulun 6-da Türkiyə hərbi karvanı Hələbin şimalındakı Əl-Rai keçidindən Suriyaya daxil olduqdan sonra Əl-Bab şəhərinə daxil olub.

– İyulun 6-da Türkiyənin dəstəklədiyi silahlılar Hələbin şimalında yerləşən Mənbic şəhərinin şimalındakı Əl-Muhsinli kəndini artilleriya hücumları ilə hədəfə alıb.

– İyulun 6-da Şəhba bölgəsindəki Ummul Həvş kəndi Türkiyənin dəstəklədiyi silahlı qüvvələrin artilleriya hədəfinə çevrilib.

2- İdlib:

– İyulun 6-da Bənin şəhərində və İdlib əyalətinin cənubunda yerləşən Cəbəl əz-Zaviyənin bir sıra digər bölgələrində silahlıların mövqeləri rus qırıcılarının hədəfinə çevrilib. Bu hücumlar nəticəsində silahlı qüvvələrin bir üzvü həlak olub.

– İyulun 4-də Suriya ordusunun Mərah ən-Nusana artilleriya hücumu nəticəsində bir mülki şəxs həlak olub, bir neçə nəfər yaralanıb.

-İyulun 4-də Suriya ordusunun artilleriya hücumu nəticəsində Məcdəliyə kəndində silahlıların mövqeləri hədəfə alınıb.

– İyulun 6-da Kənsafrah kəndi yaxınlığında minanın partlaması nəticəsində 5 mülki şəxs ağır yaralanıb.

3-Dəra:

– İyulun 6-da Dəra əyalətinin Tifs şəhəri yaxınlığında Suriya ordusuna məxsus avtomobilin keçdiyi yolun kənarında yerləşdirilmiş bombanın partlaması nəticəsində iki Suriya hərbiçisi yaralanıb.

– İyulun 5-də Yadudə şəhərinin mərkəzində əldəqayırma partlayıcı qurğunun partlaması nəticəsində təhlükəsizlik qüvvələrindən biri ağır yaralanıb.

4- Deyr əz-Zor:

İyulun 7-də Suriya Demokratik Qüvvələrinin (SDQ) Əl-Bəsirə şəhəri ətrafında yerləşən qərargahı İŞİD ünsürləri tərəfindən hücuma məruz qalıb. Bununla bağlı əlavə təfərrüatlar açıqlanmayıb.

5- Rakka:

İyulun 5-də İŞİD ünsürlərinin Rakkanın cənub-qərbində yerləşən Rasafa bölgəsində Suriya ordusunun qərargahlarından birinə hücumundan sonra Suriya ordusunun 3 hərbiçisi şəhid olub.

6- Həskə:

İyulun 4-də Türkiyə ordusunun Suriyanın şimalında yeni əməliyyatının başlaması xəbəri ilə eyni vaxtda Rusiya ordusunun 300-dən çox desantı hərbi təyyarələr ilə Qamışlı hava limanına aparılıb.

7- Quneytəra:

İyulun 6-da İsrail ordusuna məxsus bir dron Hazara rayonundakı Hadi mədən sahəsinə hücum edibki, bu hücum zamanı Suriya ordusunun “Fərid Mustafa” adlı qüvvələrindən biri yaralanıb və xəstəxanaya aparıldıqdan sonra aldığı xəsarətlərin şiddətindən şəhadətə yetişib.

8- Homs:

İyulun 7-də Ceyş Maqavir əl-Səvra qüvvələri (Ceyş əl-Hür terrorçularına bağlı qruplardan biri) ABŞ-la birgə Əl-Tənf bölgəsində hərbi təlim keçirib.

9- İyulun 6-da Türkiyə Müdafiə Nazirliyi Fərat Qalxanı və Zeytun budağı əməliyyat bölgələrində 20 kürd yaraqlısının öldürüldüyünü açıqlayıb.

Yüksək keyfiyyətli xəritə

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir