Tacikistan, Rusiya və Amerika arasında yeni rəqabət meydanı

İslam Dünyası Xəbərləri
Yazar:İslam Dünyası Xəbərləri
Cümə, 8 İyul 2022 - 17:36
https://az.iswnews.com/?p=10016

Putinin Tacikistana son səfərindən qayıtdıqdan sonra müxtəlif KİV-ləri Tacikistanın daxili məsələləri, eləcə də İmaməli Rəhmanın hökuməti ilə amerikalılar arasında münasibətlərlə bağlı mühüm təhlillər təqdim ediblər.

Rusiyanın “Pravda” saytı Putinin Tacikistana səfərinin səbəbləri ilə bağlı ətraflı məqalə dərc edərək mühüm məqamları qeyd edib və bu məqamların xülasəsi aşağıdakılardan ibarətdir:

1- Bu qəzet Amerika rəsmilərinin, xüsusən də SENTKOM-un rəhbərinin (ABŞ-ın bölgədəki terrorçu komandanlığı mərkəzi) Tacikistana çoxsaylı səfərlərini çox təhlükəli hesab edib və o qeyd edib ki, Rusiyanın Ukrayna müharibəsində iştirakı Tacikistanın itkisinə səbəb ola bilər. Bu qəzet bu hesabatın bəzi hissələrində qeyd edir: “Sorosun Rusiya əleyhinə agentliyi olan USAID Tacikistandakı missiyasını əhəmiyyətli dərəcədə genişləndirib. Məsələn, İnsan Hüquqları Proqramı xəbər verirki, USAİD keçmiş əmək miqrantlarına, xüsusən də artıq Rusiya Federasiyasına qayıtmağa icazəsi olmayanlara sosial, təhsil və maliyyə dəstəyi göstərməklə əmək miqrasiyası problemlərini həll edir. USAID proqramları onları öz icmalarına yenidən inteqrasiya etmək və iş tapmaq və ya biznes qurmaq üçün lazım olan bacarıqlara yiyələnsinlər deyə zahirdə onlara kömək edir. “Onların necə bir insanlar olmaq üçün yetişdirildiyini söyləməyə ehtiyac yoxdur.”

Qərbi və Mərkəzi Asiyada ABŞ terror komandanlığı qərargahının əməliyyatları altında olan ərazilər – CENTCOM

2- “Pravda” Bədəxşan və Tacikistanın Qırğızıstanla sərhəd münaqişələrinin son məsələləri haqqında da deyir: “Tacikistan 2012-ci ildən bəri iğtişaşlar və etirazların baş verdiyi Pamirin Bədəxşan Muxtar Bölgəsindəki münaqişədən ciddi şəkildə təsirlənərək qeyri-sabit vəziyyətə gəlmişdir.” Həmçinin bu ilin may ayında bu ərazilərin etirazçıları Tacikistan Respublikasından ayrılmağı tələb ediblər. Pamir bolşeviklər tərəfindən Tacikistana birləşdirildi və Tacikistan Sovet Sosialist Respublikasında heç vaxt hakimiyyətə gəlmədi.
Tacikistanın qeyri-sabitliyinin ikinci məqamı Fərqanə vadisinin Qırğızıstanla su münaqişəsi oldu. Sərhəddə qarşıdurmalar dayanmır və onlarla insanın ölümünə səbəb olub. Qeyd edək ki, həm Qırğızıstan, həm də Tacikistan KTMT Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür.

3- Tacikistanın zəif iqtisadiyyatı məsələsi bu rus qəzetinin müraciət etdiyi digər məqamlardan biridir: “Tacikistan iqtisadiyyatında çətin günlər yaşanır. “Rusiyaya qarşı sanksiyalar və immiqrantların pul köçürmələrinin azalması nəticəsində Samani (Tacikistanın milli valyutası) ilə paralel un, şəkər və qaz kimi əsas malların qiymətidə xeyli artıb, lakin dollara nisbətdə kəskin ucuzlaşıb”.

4- Bu qəzetin toxunduğu başqa bir məsələ Əfqanıstan məsələsidir. Orta Asiyada Talibanın Əfqanıstan üzərində nəzarətinə qarşı çıxan yeganə ölkə Tacikistan hökumətidir. Taliban hakimiyyətə gəldikdən sonra Tacikistan hökuməti Əfqanıstan hökumətinin bir neçə keçmiş liderinə, o cümlədən keçmiş Şimal Alyansının nümayəndələrinə sığınacaq verib və bu məsələnin həlli üçün Əfqanıstandan mütəmadi çağırışlar edilir.
Bu qəzet məqaləsinin sonunda qeyd edir: “Tacikistan Mərkəzi Asiyada zəif həlqədir və Mərkəzi Asiyada əsas məqamların sabitliyini pozmaq anqlosaksların Rusiya təsirini zəiflətmək strategiyasıdır. İndi onların diqqəti Ukraynadakı müharibəyə yönəldiyi üçün Moskva belə hadisələrə hazır olmalıdır ki, bu da Putinin regiona niyə səfər etdiyini izah edir.

Bu qəzet məqaləsinin sonunda qeyd edir: “Tacikistan Mərkəzi Asiyada zəif həlqədir və Mərkəzi Asiyada əsas məqamların sabitliyini pozmaq anqlosaksların Rusiyanın təsirini zəiflətmək strategiyasıdır”. İndi onların diqqəti Ukraynadakı müharibəyə yönəldiyi üçün Moskva belə hadisələrə hazır olmalıdır ki, bu da Putinin regiona niyə səfər etdiyini izah edir.

Ali İqtisadiyyat İnstitutunun professoru, MDB ölkələri üzrə ekspert Andriy Suzdaltsov “Pravda”ya müsahibəsində deyib ki, Tacikistanın əlverişli mövqeyi (xüsusən də Əfqanıstanla qonşuluğu) amerikalılar üçün mühümdür və Rusiya ilə ABŞ arasında gərgin münasibətləri nəzərə alsaq, Tacikistan və ABŞ arasında əməkdaşlıq mümkündür, geostrateji xarakter daşıyır. Ona görə də Putin ilk növbədə təhlükəsizlik məsələlərini müzakirə etmək istəyir.

Bu məqaləni araşdıran və təhlil edən digər bir sayt isə Amerikanın “Responsible Statecraft” saytı oldu. Bu sayt Qiunsi intitutunun nəzdində fəaliyyət göstərir və SOROS Fondu tərəfindən təsis edilmişdir.

Bu sayt Putinin Rəhmanla görüşündə müzakirə olunan məsələlərlə bağlı yazıb: “Guya Tacikistandakı daxili vəziyyət, Qərbin sanksiyalarından yan keçməkdə Duşənbənin Moskvaya mümkün köməyi, Rəhmanın qonşu Əfqanıstanda Taliban hakimiyyətilə uzlaşma ehtiyacı və Rüstəm İmam Əlinin canışınlik məsələsi bu görüşün diqqət mərkəzində olub.”

Rəhman Rusiyanın ikinci dərəcəli tərəfdaşı hesab olunur, ona görə də bundan ciddi danışıqlar ola bilməz. Rusiya məktəblərin tikintisi kimi digər yollarla da mövcudluğunu genişləndirir və bu baxımdan Moskvanın maliyyəsi ilə Tacikistanda beş yeni rusdilli məktəb tikilib və gələn ilin sentyabrında istifadəyə veriləcək.

“Pravda” daha sonra Rusiyanın Tacikistana təzyiqinə işarə edərək deyir: Tacik işçilərinin (fəhlələrinin) Rusiyadan göndərdikləri pul köçürmələri Tacikistanın korrupsioner və səriştəsiz hökmdarları üçün uzun müddətdir ki, xalqa başlarını dik tutmağa imkan verən can damarı olub. Bunu nəzərə alsaq, Rusiyanın Tacikistanın daxili işlərinə təzyiqinın bir hissəsi də tacik işçiləri üçün Rusiya sərhədlərinin məhdudlaşdırılması və bağlanmasıdır. Rusiyanın Tacikistanın sərhədlərini qorumağa gücü çatmır və Ukraynada baş verən hadisələr bu məsələni təhlükəli şəkildə sıxışdırıb. Rusiyanın güclü ordusu yüksək təchizatlı rəqiblərlə mübarizə apararkən cinayətə arxalandığını sübut etdi.

ABŞ özünü Tacikistanın təhlükəsizliyinin, yəni Rusiyanın yerinə uyğun alternativ təminatçısı kimi göstərməyə çalışır. Bu, ABŞ Ordusunun Mərkəzi Komandanlığının komandanı general Maykl Kurilanın Tacikistana bu yaxınlarda etdiyi səfərdə sübuta yetirilən faktdır. Amerika Tacikistan və Əfqanıstan sərhədlərində sərhəd postu tikir və bunun müqabilində Tacikistanın Əfqanıstanla kompromis mövqe tutacağına heç bir ümidi yoxdur. Halbuki Rusiya belə bir şey vermək üçün Taliban rejiminin tanınmasını tələb edəcək. Rusiyanın Orta Asiyadakı yaxın müttəfiqləri arasında Talibanlara qarşı ən güclü sığınacaq olan Tacikistan hər zaman Talibanın digər etnik qruplara, xüsusilə də taciklərə qarşı düşmənçiliyinə qarşı sərt çıxış edib.

Lakin təhlükəsizlik və iqtisadi sabitlik Rəhman hökuməti üçün ikinci dərəcəli narahatlıqlar ola bilər. Bir çox analitiklər hesab edir ki, Tacikistan prezidentinin prioritet vəzifəsi hakimiyyəti və sərvətini oğru ailəsində saxlamaq və 34 yaşlı oğlu Rüstəm İmaməlini öz canişini etməkdir.

PS: Qeyd edək ki, son bir neçə ayda dünya mediası, xüsusən də Amerika və Qərb mediası Tacikistanda baş verən proseslərə çox həssas yanaşıb. Fikrimizcə, bir çox ekspertlərin etirafı kimi, Mərkəzi Asiya gələcəkdə mühüm hadisələrin mərkəzi olacaq və belə görünür ki, ABŞ Mərkəzi Asiya regionunun geosiyasi vəziyyətində dəyişiklik etməyə can atır və o, bu işə Tacikistandan başlayıb. Əksəriyyəti Soros Fondu tərəfindən dəstəklənən və maliyələşən Amerika qeyri-hökumət təşkilatları (QHT-lər) son iki ildə Tacikistanda fəallaşıblar. Tacikistanın sərhədlərinin möhkəmləndirilməsi üçün hərbi, təhlükəsizlik, təhsil imtiyazlarının verilməsi, eləcə də maliyyə dəstəyi İmaməli Rəhmanı bu oyuna vadar edib.

Aydın olan odur ki, Rusiyanın hazırda iki cəbhədə iştirak etmək imkanı yoxdur, ona görə də onlar taciklərdən Talibanla güzəştə getmələrini və bu bölgədə müharibə yaratmaqdan çəkinmələrini istəyiblər. Təbii ki, bu məsələdə Rəhmanın mövqeyi ikilidir. O, bir tərəfdən rusları bölgədə müharibənin qarşısını almağa inandırıb, digər tərəfdən isə Talibana qarşı fəaliyyət etmək üçün Qərblə əməkdaşlıq edir. O, Əhməd Məsudun qüvvələrini məhdudlaşdırıb və Talibanı əmin edib ki, Əhməd Məsuda Talibanı Tacikistan ərazisindən təhdid etmək hüququ verməyəcək. Ümumiyyətlə, Rəhman Amerika və Rusiya ilə oynamaqla özünün və ailəsinin hakimiyyətini sabit saxlamağa çalışır, başqa heç nə! Amma bu istək Tacikistanı və regionu idarə edə bilməyəcəyi məsələlərə cəlb edə bilər.

Daha çox oxuyun:

İŞİD Tacikistanla sərhəd bölgələrə raket zərbələri endirib

İran və Tacikistan strateji müttəfiqlik yolundadır

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.