Ceyhun Bayramov Lavrovla Ermənistanla normallaşma prosesini müzakirə edib
“İslam dünyası xəbərləri” informasiya agentliyi APA-ya istinadən xəbər verir ki, 12 may 2022-ci il tarixində Düşənbə şəhərində, MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirakı çərçivəsində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun Rusiya Federasiyasının xarici işlər naziri Serqey Lavrov ilə görüşü baş tutub.