Nigerdə çevriliş; Fransanın yası və Vaqnerin toyu + FOTO
Nigerin Qərb yönümlü Məhəmməd Bazum hökumətinə qarşı hərbi çevrilişindən təxminən on gün keçir. Afrika ölkələrinin bu çevrilişi neytrallaşdırmaq və bu ölkəyə siyasi sabitliyi qaytarmaq üçün siyasi təzyiqləri və məsləhətləşmələri nəticəsiz qalıb. Bir çox analitiklər və medialar Nigeri Qərbi Afrikada Rusiya-Fransa rəqabətinin yeni mərhələsi üçün sahə hesab edir və Burkina Faso və Malidəki əvvəlki rəqabətlər kimi fransızlar bu hekayənin uduzan tərəf olacaqlarına inanırlar.