Təhrik-e-Taliban Pakistan - İslam Dünyası Xəbərləri

Cümə 6 Oktyabr 2023 - 13:51

Pakistan ordusu Şimali Vəziristanda Təhrik-e-Talibana qarşı əməliyyat keçirib + FOTO

Pakistan ordusunun Şimali Vəziristanın Kalaçi bölgəsində Təhrik-e-Taliban Pakistan (TTP) silahlılarının sığınacağına qarşı həyata keçirdiyi əməliyyat nəticəsində “Təhrik-e-Taliban Pakistan”ın cəbhə komandirlərindən biri olan Heybət Xan öldürülüb. Heybət Xan Şimali Vəziristanın DI Xan və Deyr İsmayıl Xan rayonlarında Pakistan təhlükəsizlik qüvvələrinə qarşı silahlı terror hücumlarının və məqsədyönlü sui-qəsdlərin planlaşdırılması və həyata keçirilməsinə cavabdeh olub. Qeyd edək ki, […]

Çərşənbə axşamı 26 Sentyabr 2023 - 13:52

Pakistan ordusu Hayber-Paxtunxva əyalətində Təhrik-e-Talibana qarşı əməliyyat keçirib + FOTO

Təhrik-e-Taliban Pakistan (TTP) ilə Pakistan Ordusu qüvvələri arasında Hayber-Paxtunxva əyalətinin Tirah məntəqəsində baş verən toqquşmadan sonra qruplaşmanın cəbhə komandirlərindən biri Kifayət Tur Ədnan da daxil olmaqla üç Təhrik-e-Taliban silahlısı öldürülüb. Kifayət Tur Ədnan Pakistan ordusu qüvvələrinin mövqelərinə qarşı bir neçə terror hücumunun planlaşdırılmasına və Hayber-Paxtunxva əyalətində Pakistan hökuməti ilə əməkdaşlıq etdiyi iddia edilən dinc sakinlərin […]

Çərşənbə 13 Sentyabr 2023 - 18:32

Təhrik-e-Taliban Pakistan hərəkatının yüksək komandirinin öldürülməsi uğursuzluqla nəticələnib

Əfqanıstanın cənub-şərqindəki Paktika əyalətində “Təhrik-e-Taliban Pakistan” (TTP) silahlılarını daşıyan avtomobilin yolunda bombanın partlaması nəticəsində Təhrik-e-Taliban Pakistanın (TTP) yüksək səviyyəli komandirlərindən biri Badşah Xan Məhsud da daxil olmaqla üç “Təhrik-e-Taliban” silahlısı yaralanıb.

Bazar 16 İyul 2023 - 16:54

Təhrik-e-Taliban Pakistan, keçən ildən daha şiddətli + FOTO və VİDEO

Təhrik-e-Taliban Pakistan (TTP) terror qruplaşması 2023-cü ilin birinci yarısında altı aylıq fəaliyyətini göstərən bir video yayımlayıb. Bu videoda Təhrik-e-Taliban Pakistan əməliyyatlarının sayı 304, bu qruplaşma əməliyyatlarının qurbanları sayı isə 871 nəfər qeyd olunub.

Cümə 7 İyul 2023 - 11:39

Orta Asiyada baş verən son hadisələr, 7 İyul 2023

Talibanın xarici işlər naziri Əmir Xan Müttəqi Kabildə Britaniyanın Əfqanıstandakı səfirliyinin müvəqqəti işlər vəkili Robert Çatterton Dikson ilə görüşüb və Talibanın tanınması, Britaniyadakı əfqan mühacirlərin problemləri və ölkənin Taliban müxalifətinə dəstək verməməsi barədə danışıb.

Çərşənbə axşamı 27 İyun 2023 - 06:32

Camaat-ül-Əhrar Pakistan qruplaşması liderlərinə sui-qəsd uğursuz oldu

Əfqanıstanın şərqində yerləşən Nənqərhar əyalətinin sərhədyanı ərazilərindən birində naməlum şəxslər tərəfindən əldəqayırma partlayıcı qurğu ilə Camaat-ül-Əhrar Pakistan qruplaşmasının yüksək səviyyəli komandirlərindən olan Atif Mehmənd və Qari İmran Orakzai sui-qəsdə məruz qalıb.

Ən Çox Müzakirə Olunan