Təhrik-e-Taliban Pakistan (TTP) - İslam Dünyası Xəbərləri

Bazar ertəsi 11 Sentyabr 2023 - 20:56

Təhrik-e-Taliban, Pişavərdə Pakistan ordusunun maşınına pusqu qurdu

Pişavərdə Versak yolunda Pakistan ordusu hərbçilərini daşıyan avtomobilin yolunda bombanın partlaması nəticəsində Pakistan Sərhəd Qüvvələrinin (FC) yüksək rütbəli zabiti həlak olub, 7-si pakistanlı əsgər olmaqla 10 nəfər yaralanıb. Təhrik-e-Taliban Pakistan (TTP) sözçüsü Məhəmməd Xorasani hücuma görə məsuliyyəti öz üzərinə götürərkən, hücum zamanı 9 pakistanlı əsgərin öldüyünü və yaralandığını bildirib. Əfqanıstan Talibanı ilə Pakistan ordusu arasında […]

Cümə axşamı 20 İyul 2023 - 13:27

Orta Asiyada baş verən son hadisələr, 20 İyul 2023

Pakistanın baş naziri Şahbaz Şərif bəyan edib: “Mənim hökumətim federal parlamentin səlahiyyət müddətinin bitməsinə az qalmış hakimiyyəti başqa bir müvəqqəti hökumətə təhvil verəcək. Pakistanın Seçki Komissiyası sentyabr və ya oktyabrda növbəti parlament seçkilərinin tarixini elan edəcək”.

Bazar 16 İyul 2023 - 16:54

Təhrik-e-Taliban Pakistan, keçən ildən daha şiddətli + FOTO və VİDEO

Təhrik-e-Taliban Pakistan (TTP) terror qruplaşması 2023-cü ilin birinci yarısında altı aylıq fəaliyyətini göstərən bir video yayımlayıb. Bu videoda Təhrik-e-Taliban Pakistan əməliyyatlarının sayı 304, bu qruplaşma əməliyyatlarının qurbanları sayı isə 871 nəfər qeyd olunub.

Çərşənbə axşamı 27 İyun 2023 - 06:32

Camaat-ül-Əhrar Pakistan qruplaşması liderlərinə sui-qəsd uğursuz oldu

Əfqanıstanın şərqində yerləşən Nənqərhar əyalətinin sərhədyanı ərazilərindən birində naməlum şəxslər tərəfindən əldəqayırma partlayıcı qurğu ilə Camaat-ül-Əhrar Pakistan qruplaşmasının yüksək səviyyəli komandirlərindən olan Atif Mehmənd və Qari İmran Orakzai sui-qəsdə məruz qalıb.

Bazar 25 İyun 2023 - 18:10

Təhrik-e-Talibanın mənəvi atası Pakistan təhlükəsizlik qüvvələrinin hücumu nəticəsində yaralanıb + FOTO və VİDEO

Pakistanın terrorla mübarizə qüvvələrinin (CTD) İslamabaddakı Lal məscidi yaxınlığında keçirdiyi əməliyyat nəticəsində Əl-Hafsa İnstitutunun direktoru, Lal məscidinin imamı və Təhrik-e-Taliban Pakistan (TTP) qruplaşmasının mənəvi atası Moləvi Əbdül Əziz Bəluç, ağır yaralanıb və 3 mühafizəçisi həbs edilib. Moləvi Əbdül Əzizin həyat yoldaşı Ümm-Hisan Pakistanın terrorla mübarizə qüvvələrinə xəbərdarlıq edərək, Təhrik-e-Taliban silahlılarından mənəvi atalarına hücumun qisasını almalarını […]

Cümə 23 İyun 2023 - 11:02

TTP mediası qadınların işgəncələrini əks etdirən video yayımlayaraq Pakistan hökumətinə hücum edib + FOTO və VİDEO

“Təhrik-e-Taliban Pakistan” qruplaşmasının media qolu olan Ömər Media, Pakistan hökumətinin saxlanma mərkəzlərində etiraz edən gənclər və qadınların işgəncələrə məruz qalması, eləcə də Pakistan təhlükəsizlik qüvvələrinin Pakistanda son iğtişaşlar zamanı qadınlara qarşı zorakılığını əks etdirən videonu dərc edərək bu ölkə hökumətini tənqid edib. Həmçinin, bu hökuməti Çingiz, Hülakü Xan və Firon hökumətləri ilə müqayisə edib.

Bazar 18 İyun 2023 - 17:52

Məqalə: Taliban və terrorizmin ögey qardaşlığı

Taliban və terrorçu qrupların, o cümlədən Əl-Qaidə və Təhrik-e-Taliban Pakistan (TTP) və s. əməkdaşlığı təkcə Əfqanıstanda onlara əsas hökumət vəzifələrinin verilməsi ilə məhdudlaşmır. Belə ki, ölkənin daxili işlər naziri, Taliban hökuməti və Taliban – Əl-Qaidə əlaqələrinin yüksək səviyyəli tərəfdarı Siracuddin Həqqani, Əfqanıstandakı terror qruplaşmalarının ailələrinə əfqan doğum şəhadətnamələri və pasportları, daha yaxşı yaşamaq üçün onlara Əfqanıstanın bəzi bölgələrində torpaq, aylıq maaş və digər imkanlar verib.

Ən Çox Müzakirə Olunan