Hələbdə Təhrir Əş-Şam və SDQ qarşıdurması; Terrorçulardan 23 nəfər ölüb və yaralanıb
Suriyanın Hələb əyalətinin Mənbic şəhərinin ətrafındakı Ərəb Həsən bölgəsində Təhrir Əş-Şam terrorçuları ilə Suriya Demokratik Qüvvələri (SDQ) arasında baş verən toqquşma nəticəsində Təhrir Əş-Şamın azı 5 üzvü həlak olub, 18-i yaralanıb. Yaralılar Cerablus şəhərindəki xəstəxanaya çatdırılıb.