Suriya - İslam Dünyası Xəbərləri

Çərşənbə axşamı 2 Avqust 2022 - 23:26

Suriyada baş verən son hadisələr, 2 Avqust 2022

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Türkiyənin yüksək rütbəli rəsmiləri Suriyanın şimalında bu ölkənin hərbi əməliyyatının qaçılmaz olması ilə bağlı hədələri davam etdirərkən, Hələb vilayətində yerləşən Eyn Əl-Ərəb şəhərətrafı ərazilərdə Rusiya və Türkiyənin 108 birgə hərbi patrulu həyata keçirilib.

Bazar 31 İyul 2022 - 21:48

Suriyada baş verən son hadisələr, 31 İyul 2022

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Suriya prezidenti və bütün silahlı qüvvələrinin baş komandiri Bəşər Əsədin əmri ilə Suriya və Rusiya ordularının yüksək rütbəli komandirlərinin iştirakı ilə, həmçinin İki ölkənin quru, hava və dəniz qüvvələrinin iştirakı ilə gerçəkliyə yaxın şəraitdə hərbi manevr həyata keçirilib.

Cümə 29 İyul 2022 - 14:43

Suriyada baş verən son hadisələr, 29 İyul 2022

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Suriya Ordusunun Baş Komandanlığı Suriyanın qəhrəman ordusu qüvvələrinin Türkiyə və onun dəstəklədiyi terrorçuların Suriya ərazisinə mümkün hər hansı təcavüzü ilə mübarizəyə hazır olduğunu açıqlayıb.

Cümə axşamı 28 İyul 2022 - 19:59

Məqalə: Suveyda əyalətində artan iğtişaşların səbəbləri

Suriyanın cənubunda, xüsusilə də Suveyda vilayətində son aylarda iğtişaşlar və təhlükəsizliyi pozan hərəkətlər müşahidə olunub ki, bu da heç bir tədbir görülməsə, gələcəkdə Suriya hökuməti üçün böyük problemlər yarada bilər. Ötən aylarda və Suriya rəsmilərinin fəaliyyət və idarəetmə qərarlarına, bəzi problem və çatışmazlıqların mövcudluğuna etiraz olaraq Suveyda vilayətində nümayiş təşkil edildikdən dərhal sonra İsrail bu […]

Çərşənbə 27 İyul 2022 - 23:26

Suveyda cəbhəsində baş verən son hadisələr, 27 İyul 2022

”İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, “Ricalul-Kəramə” kimi tanınan silahlı qrup, Suveyda şəhərinin şimalında mülki şəxslərin “Əl-Fəcr Hərəkatı” qüvvələri tərəfindən həbs edilməsinə etiraz olaraq Suriya təhlükəsizlik qüvvələrinin Atil qəsəbəsindəki mövqelərini ələ keçirib.

Bazar ertəsi 25 İyul 2022 - 22:33

Suriyada baş verən son hadisələr, 25 İyul 2022

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Suriya ordusunun 17-ci diviziyasının Rakkanın şimalındakı keçmiş qərargahına Amerika koalisiya qüvvələrinin yerləşdirilməsi xəbərindən bir neçə gün sonra Suriya Demokratik Qüvvələri (SDQ) bu qərargahda hərbi təlim keçirib.

Bazar 24 İyul 2022 - 06:27

Suriyada baş verən son hadisələr, 23 İyul 2022

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Türkiyə ordusunun Suriya Demokratik Qüvvələrinə (SDQ) qarşı hədəfli pilotsuz təyyarə hücumları ilə eyni vaxtda Türkiyə dəstəklədiyi yaraqlılar Hələb və Həsəkə əyalətlərində kürd silahlılarının mövqelərini artilleriya hücumları ilə hədəfə alıblar.

Cümə 22 İyul 2022 - 15:17

İsrail Dəməşqin ətrafına raket hücumu edib + FOTO

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Sionist rejimi ordusunun Dəməşq ətrafındakı hədəflərə raket hücumu 3 suriyalı hərbçinin şəhid olması, daha 7 əsgərin yaralanması və maddi itkilərin baş verməsi ilə nəticələnib.

Ən Çox Müzakirə Olunan