Taif əks-sədası: Suriya və Səudiyyə Ərəbistanı barışır
Suriya ilə Səudiyyə Ərəbistanı arasındakı əlaqələr birgə bəyanatlar, ikitərəfli görüşlər və son 12 ildə ilk dəfə olaraq Suriyadakı böhranın həlli üçün ortaq baxışla irəliləyib. Suriya prezidenti Bəşər Əsəd martın ortalarında Moskvaya səfəri zamanı Səudiyyə Ərəbistanının artıq Suriyanın daxili işlərinə qarışmaq istəmədiyini və müxalif silahlı qruplara dəstəyi dayandırdığını bəyan edib.