SDQ iddia edir: Ən azı 9 Türkiyə əsgəri həlak olub və yaralanıb!
Suriya Demokratik Qüvvələri Suriyanın şimalında Türkiyə ordusunun mövqelərini hədəfə alması nəticəsində 9 Türkiyə əsgərinin həlak olduğunu və yaralandığını iddia edib.
Suriya Demokratik Qüvvələri Suriyanın şimalında Türkiyə ordusunun mövqelərini hədəfə alması nəticəsində 9 Türkiyə əsgərinin həlak olduğunu və yaralandığını iddia edib.
Regional və beynəlxalq mediaların bütün diqqəti sionist rejim ilə Fələstin müqavimət qrupları arasındakı döyüşə yönəldiyi halda, son üç gündə Suriyada, xüsusən də ölkənin şimal bölgələrində gərginlik nəzərəçarpacaq dərəcədə artıb.
Türkiyə ordusunun dronları Suriyanın şimalına hücumlarının davamında Həsəkə vilayətindəki məntəqələri hədəf alıb.
Suriya qəbilələri ilə Suriya Demokratik Qüvvələri arasında silahlı qarşıdurmalar iki həftəlik fasilədən sonra yenidən başlayıb.
Türkiyə ordusunun Suriyanın Həsəkə vilayətinin Qamışlı və Amuda şəhərləri arasındakı əraziyə dron hücumu nəticəsində Suriya Demokratik Qüvvələrinin (SDQ) ən azı iki üzvü həlak olub, 8 nəfər isə yaralanıb.
Suriya Demokratik Qüvvələri (SDQ) İŞİD terror qruplaşmasının Əl-Şam vilayətinin maliyyə məsullarından biri, “Əbu Bəra Əl-Həsən” ləqəbli Yəhya Əhməd Əl-Həccini təhlükəsizlik qüvvələrinin Deyr əz-Zor vilayətinin Bəsirə bölgəsində keçirdiyi əməliyyat zamanı həbs edib.
Suriyanın Hələb əyalətinin Mənbic şəhərinin ətrafındakı Ərəb Həsən bölgəsində Təhrir Əş-Şam terrorçuları ilə Suriya Demokratik Qüvvələri (SDQ) arasında baş verən toqquşma nəticəsində Təhrir Əş-Şamın azı 5 üzvü həlak olub, 18-i yaralanıb. Yaralılar Cerablus şəhərindəki xəstəxanaya çatdırılıb.
Suriya Demokratik Qüvvələrinin media mərkəzinin rəhbəri təhlükəsizliyin gücləndirilməsi əməliyyatının başa çatdığını elan etməklə eyni vaxtda Suriyanın Deyr əz-Zor əyalətində SDQ qüvvələrinin münaqişə bölgələrinə tam nəzarət etdiyini açıqlayıb.
Suriyanın xarici işlər naziri Suriya qəbilələri ilə Suriya Demokratik Qüvvələri arasında son vaxtlar baş verən qarşıdurmalara toxunaraq, Dəməşq hökumətinin bu münaqişələrdə ərəb qəbilələrini dəstəklədiyini vurğulayıb.
İŞİD terror qruplaşmasının cəbhə komandirlərindən biri Suriya Demokratik Qüvvələrinin Deyr əz-Zor vilayətindəki xüsusi təyinatlı dəstəsi tərəfindən həbs edilib.
Avqustun 18-də Türkiyə ordusunun dronları Hələb vilayətindəki Nubbul və Əz-Zəhra qəsəbələri yaxınlığında Suriya Demokratik Qüvvələrinə (SDQ) məxsus avtomobili hədəfə alıb və bu zaman SDQ-nin üç cəbhə komandiri həlak olub. Bununla bağlı əlavə təfərrüatlar açıqlanmayıb.
Dörd ildən sonra Amerika koalisiya qüvvələri Suriya Demokratik Qüvvələrinin iştirakı ilə Suriyanın Həsəkə vilayətinin Dərbasiyyə ətrafında ilk patrul xidməti keçirib.