Səudiyyə koalisiyası istefa vermiş Yəmən hökumətinin yeni prezident şurasını dəstəkləyir
“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, Mənsur Hadinin istefasının elan edilməsindən və Rəşad əl-Əliminin başçılığı ilə yeni prezident şurasının yaradılmasından bir neçə saat sonra Səudiyyə koalisiyası Yəmən iqtisadiyyatına dərhal 3 milyard dollarlıq dəstək verəcəyini açıqlayıb.