Rusiya - İslam Dünyası Xəbərləri

Çərşənbə axşamı 22 Avqust 2023 - 22:40

Rusiya qırıcıları İdlibə hücum edib

Bu gün Rusiya ordusunun qırıcıları Maara Masrin və Ahsom şəhərləri də daxil olmaqla, Suriyanın İdlib vilayətindəki müxtəlif bölgələrdə yerləşən terrorçuların mövqelərini hədəfə alıb. Terrorçulara yaxın medialar bu hücumlar nəticəsində bir neçə mülki vətəndaşın yaralandığını iddia edib.

Bazar 13 Avqust 2023 - 20:44

Amerika mediası: Rusiya İran dronlarının surətini çıxarır və onlardan Ukraynaya hücum etmək üçün istifadə edir

Bəzi Qərb rəsmiləri rusların Ukrayna müharibəsində İran dronlarından istifadə etdiyini iddia edərkən, Amerika mediası hərbi silah tədqiqatçılarına istinadən rusların İranın Şahid-136 dronlarını kopyalayıb Giran 2 adı ilə istifadə etdiyini bildirib. Bu etiraf İran hakimiyyətinin İranın Ukraynadakı müharibədə iştirak etməməsi və ya İran dronlarının orada mövcudluğu, Ukraynaya qarşı hücumlarda Şahid-136 dronlarının istifadə olunması ilə bağlı fikirlərin doğru olmadığı iddiasını təsdiqləyir.

Bazar 30 İyul 2023 - 09:33

İsrail casusunun yoxa çıxması və İraq İslam müqaviməti üçün xüsusi imkanların olması

İsrail mediasının adi vətəndaş və İsrail əsilli tədqiqatçı olduğunu iddia etdiyi “Elizabet Surkovun” İraqda yoxa çıxması xəbəri son günlər və həftələr mediada və analitik dairələrdə xeyli əks-səda doğurub. İsrail hökuməti onun İraq müqavimət dəstələrindən biri tərəfindən qaçırıldığına inanır. Prinston Universitetinin doktorantı olan Surkov təxminən 4 ay əvvəl İraqda yoxa çıxıb. İsrailin bölgədəki casusluq şəbəkəsi yeni bir məsələ deyil, lakin bu iş İraq İslam müqavimət dəstələri üçün fürsət yarada biləcək xüsusiyyətlərə malikdir.

Ən Çox Müzakirə Olunan