Azərbaycan Ordusunun hərbi qulluqçusu intihar edib
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi Reporta istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Cabbarov Mirsaleh Təhməz oğlunun 15 oktyabr 2022-ci il tarixdə odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Qubadlı hərbi prokurorluğuna məlumat daxil olub.