Qəzza - İslam Dünyası Xəbərləri

Bazar ertəsi 16 Oktyabr 2023 - 22:03

Sionist rejimin hücumlarında 14 fələstinli jurnalist şəhid olub

Fələstin Jurnalistlər Birliyi Əl-Əqsa Fırtınası döyüşünün başladığı gündən Qəzzanın bombalanması nəticəsində 11 fələstinli jurnalistin şəhid olduğunu, 20-dən çox jurnalistin isə yaralandığını və İki jurnalistin də itkin düşdüyünü açıqlayıb. Qeyd edək ki, hazırda 1000-ə yaxın fələstinlinin cəsədi hələ də bombalanmış evlərin dağıntıları altında qalıb və xilasetmə qüvvələri imkan olmadığından bu cəsədləri dağıntılar altından çıxara bilmir. Fələstin […]

Bazar ertəsi 16 Oktyabr 2023 - 19:57

İsrailin Qəzza zolağının şimalına aviazərbələri yenidən başlayıb

Sionist rejim qırıcıları Qəzza zolağının şimal bölgələrini bombalayıblar. İsrailin hava hücumlarının davam etməsi Fələstin münaqişəsini azaltmaq üçün atəşkəsin olmadığını göstərir. Fələstin müqavimət qrupları da İsrailin Qəzza zolağının şimalındakı hava hücumlarına Tel-Əviv şəhərinə bir neçə raket atmaqla cavab verib. Bu hücumlardan sonra Təl-Əviv və digər işğal olunmuş şəhərlərdə həyəcan sirenləri çalınıb.

Şənbə 14 Oktyabr 2023 - 23:41

Qəzza zolağı ətrafındakı son hərbi vəziyyətin xəritəsi, 14 Oktyabr 2023

Döyüşlərin səkkizinci günündə fələstinli döyüşçülər Qəzza zolağının cənubundakı Xan Yunis şəhərinin şərqində İsrail ordusu qüvvələrinin mövqelərinə daxil olublar. Bu hücum zamanı Fələstin qüvvələri İsrail ordusunun ən azı üç hərbi və zirehli texnikasını məhv etməyə müvəffəq olub. Kətaib əl-Qəssamın bəyanatına görə, İsrail qüvvələri ilə qarşıdurma bu gün axşam saatlarına qədər davam edib.

Cümə 13 Oktyabr 2023 - 23:37

Qəzza zolağı ətrafındakı son hərbi vəziyyətin xəritəsi, 13 Oktyabr 2023

Döyüşlərin yeddinci günündə fələstinli döyüşçülər Qəzza zolağının şimalındakı Zikim bölgəsinə hücum edərək İsrail rejimi qüvvələri ilə toqquşdular. Bu ərazidə döyüşlər ara-sıra davam edir. Həmçinin Beiri qəsəbəsi ətrafına daxil olan müqavimət qüvvələri İsrail rejimi qüvvələri ilə toqquşub. Qəzza zolağının digər xətlərində xüsusi və əhəmiyyətli münaqişə müşahidə olunmayıb. Bu gün gündəmə gələn digər mühüm hadisə də sionist […]

Çərşənbə 11 Oktyabr 2023 - 23:42

Qəzza zolağı ətrafındakı son hərbi vəziyyətin xəritəsi, 11 Oktyabr 2023

Döyüşlərin beşinci günündə Fələstin müqavimət qrupları Qəzza zolağının şimal cəbhəsindən Sderot qəsəbəsi və Zikim bölgəsinə növbəti hücuma keçib. Bu hücum nəticəsində naməlum sayda İsrail ordusunun hərbçisi ölüb və yaralanıb. İsrail ordusu, həmçinin Zikim bölgəsində müqavimət qüvvələrinin 8 itki verdiyini bildirib. Həmçinin bir sıra müqavimət qüvvələri (ehtimal ki, dəniz yolu ilə) bu cəbhənin dərinliyinə nüfuz etməyə […]

Ən Çox Müzakirə Olunan