Təhrik-e-Taliban Pakistan, Mastunq və Pişavərdəki terror aktlarını pisləyib
Təhrik-e-Taliban Pakistan (TTP) bəyanat yayaraq, Mastunq və Pişavər şəhərlərində dini toplantılara qarşı törədilən terror aktlarını pisləyərək, bu qruplaşma və onun alt qrupları silahlılarının bu hücumlarda iştirakını inkar edib. Təhrik-e-Taliban bu bəyanatında məscid və dini mərasimlər də daxil olmaqla, ictimai yerlərə hücumun bu qruplaşmanın cihad siyasətlərinə zidd olduğunu bildirib.