Orta Asiyada baş verən son hadisələr, 14 Fevral 2023
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Birləşmiş Qərargahının rəhbəri Anatoli Sidorov keçirdiyi mətbuat konfransında İŞİD terror qruplaşmasının Əfqanıstandakı döyüşçülərinin sayının 6500 nəfər olduğunu və bu rəqəmin böyük bir hissəsinin Tacikistanla sərhəd rayonların yaxınlığında yerləşdiyini bildirib.