Müqavimət cəbhəsinin regiondakı Amerika mövqelərinə eyni vaxtda və misli görünməmiş hücumları; Qəzzada müharibə dayandırılmalıdır!
İraq müqavimət qüvvələri dünən gecə saatlarından bu gün səhərədək Suriya və İraqda Amerika mövqelərinə qarşı 6 hücum həyata keçirib. Bu hücumlara xronoloji ardıcıllıqla Suriyanın şimal-şərqindəki Qəsruk bazasına hücum, İraqın qərbindəki Eyn Əl-Əsəd bazasına hücum (birinci dəfə), ABŞ ordusunun Şimali İraqdakı Ərbil hava limanı yaxınlıqdakı mövqelərinə hücum, Eyn Əl-Əsəd bazasına hücum (ikinci dəfə), Suriyanın cənubundakı Ət-Tənəf bölgəsinə hücum və Eyn Əl-Əsəd bazasına hücum (üçüncü dəfə) daxildir.