Livan - İslam Dünyası Xəbərləri

Bazar 22 Oktyabr 2023 - 23:09

Fələstinin şimal cəbhəsində nələr baş verir? + XƏRİTƏ

Livan Hizbullahı ilə İsrail ordusu arasında Fələstinin şimal cəbhəsi və Livanın cənubunda münaqişələr regional vəziyyətə və müqavimət cəbhəsinin ABŞ-la yarandığı gərginliyinə görə artilleriya hücumları, hava zərbələri və atış mübadiləsi səviyyəsi ilə məhdudlaşıb.

Şənbə 21 Oktyabr 2023 - 23:46

Qəzzada və işğal olunmuş ərazilərdə hərbi vəziyyətlə bağlı son xəbərlər, 21 Oktyabr 2023

Döyüşlərin 15-ci günündə Qəzza zolağı ətrafında xüsusi və əhəmiyyətli quru münaqişəsi olmayıb. İsrail ordusunun quru qoşunlarının Qəzza zolağı ətrafında hərəkətləri hazırda hələ də müdafiə xarakteri daşıyır. Bu sahədə yeganə mühüm dəyişiklik Aruz keçidi ilə bağlıdır. Yerli mənbələrin məlumatına görə, İsrail rejimi Qəzza zolağının şimalındakı Aruz keçidinə nəzarəti bərpa edib. Əgər İsrail rejimi Qəzza zolağına qurudan hücum etmək niyyətindədirsə, Qəzza zolağının bütün şimal bölgələrini nəzarətə götürmək lazımdır.

Cümə 20 Oktyabr 2023 - 23:49

Livanla sərhəd rayonlarının boşaldılması; İsrail Hizbullahla genişmiqyaslı müharibəyə hazırlaşır!

Sionist medianın məlumatına görə, Livan sərhədi yaxınlığında işğal altında olan 28 yaşayış məntəqəsindən 27 min mühacir təxliyyə edilib. Sərhəd yaşayış məntəqələrinin evakuasiya əməliyyatının ən böyük hissəsi 23 min köçkünün daxil olduğu işğal edilmiş Kiryat Şmone qəsəbəsi ilə bağlıdır. İşğal olunmuş Fələstinin Livanla sərhəd bölgələrinin boşaldılması sionist rejimin hərbi kabinetinin oktyabrın 18-də keçirilən iclasında təsdiqlənmiş sərəncamdır. […]

Bazar ertəsi 16 Oktyabr 2023 - 20:36

İşğal altındakı Fələstinin şimalında gərginlik və münaqişələri saxlamaqda məqsəd nədir?

Son iki gündə müqavimət qüvvələri ilə sionist rejim Ordusu arasında toqquşma və atışma Livan və işğal olunmuş Fələstinin sərhədlərində intensivləşsə də, cavab və əks-hücum növü göstərir ki, tərəflərin heç biri ciddi gərginliklərə niyyəti yoxdur. Bəs Hizbullahın işğal olunmuş Fələstinin şimalında İsrail ordusunun mövqelərinə hücumlarının məqsədləri nədir?

Ən Çox Müzakirə Olunan