Latakiya - İslam Dünyası Xəbərləri

Şənbə 16 Sentyabr 2023 - 18:50

Terrorçuların Latakiyanın şimalına dron hücumü; Beş suriyalı əsgər şəhid oldu

Təhrir Əş-Şam terror qruplaşmasının Latakiyanın şimalında yerləşən Əbu Əli yüksəkliyində Suriya ordusunun mövqelərinə dron hücumu nəticəsində azı 5 suriyalı əsgər şəhid olub. Çox güman ki, bu hücuma cavab olaraq yaxın günlərdə Rusiya qırıcıları ilə birlikdə Suriya ordusunun döyüşçüləri də Təhrir Əş-Şamın mövqelərinə hücumlar təşkil edəcək.

Çərşənbə axşamı 12 Sentyabr 2023 - 23:15

Latakiyanın şimalında Suriya ordusu ilə Təhrir Əş-Şam terrorçuları arasında qarşıdurma

Suriya ordusunun Təhrir Əş-Şam terrorçularının “Osman bin Əffan” briqadasının Latakiya şəhərinin şimal ətraflarında yerləşən Cəbəl Əl-Əkraddakı Nahşaba cəbhəsindəki mövqelərinə hücumlarından sonra iki tərəf arasında iki saat davam edən şiddətli qarşıdurma baş verib. Hələlik itkilərin sayı və bu münaqişənin təfərrüatları barədə məlumat verilməyib.

Ən Çox Müzakirə Olunan