Laçın dəhlizinin bağlanması kimə sərf edir?
Həkəri sərhəd körpüsü münaqişəsinin pərdəarxası Qarabağ bölgəsindəki ermənilərin ziyanınadır, lakin Ermənistan hökuməti onlara nəinki heç bir köməklik göstərmir, həm də separatçı Artsax hökumətinin daha çox təzyiqə məruz qalmasına şərait yaradır! Nikol Paşinyan hakimiyyəti də eyni məntiqə əsaslanaraq vəziyyəti Azərbaycanın xeyrinə və Rusiya Federasiyasının sülhməramlı qüvvələrinin mövcudluğunun zərərinə dəyişməyə çalışır ki, rusların missiyası iflasa uğrasın.