Katamaran - İslam Dünyası Xəbərləri

Çərşənbə axşamı 25 Oktyabr 2022 - 20:13

Hərbi Məlumat: Şəhid Süleymani Gəmisi

“Şəhid Süleymani” gəmisi İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin (NEDASA) sifarişi ilə istehsal edilmiş, aşağı radar kəsikli və patrul-döyüş missiyasına malik katamaran gəmisidir. Bu gəmi FS313-01 gövdə nömrəli Şəhid Süleymani sinfindən olan ilk gəmidir və 2022-ci il sentyabrın 5-də İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Baqirinin iştirakı ilə Bəndər Abbasda SEPAH Hərbi Dəniz Qüvvələrinin donanmasına rəsmi olaraq qoşulmuşdur.