İsrail - İslam Dünyası Xəbərləri

Çərşənbə 20 Aprel 2022 - 02:09

Sionist qırıcıları Qəzza zolağına hücum edib + FOTO və VİDEO

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, dünən gecə saatlarında İsrail qırıcıları Fələstin müqavimət dəstələrinin sionist mühacirləri yaşayan Kissufim qəsəbəsinə raket hücumuna cavab olaraq Qəzza zolağının cənubundakı hədəfləri atəşə tutub.

Çərşənbə axşamı 19 Aprel 2022 - 15:32

Rəisi: İsrailin ən kiçik fəaliyyəti belə İran Silahlı Qüvvələrinin gözündən uzaq qalmır

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, İran prezidenti sionist rejimə xəbərdarlıq edərək deyib: Sionist rejim onun kiçik fəaliyyətlərinin belə İranın silahlı qüvvələrindən gizli qalmadığını bilsin və onlar tərəfindən ən kiçik nəsə baş verərsə, sionist rejimin mərkəzi silahlı qüvvələrimizin hədəfinə çeviriləcək.

Çərşənbə axşamı 19 Aprel 2022 - 14:46

Sionist işğalçıları Əl-Əqsa məscidinə yenədən basqın ediblər + FOTO

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, İsrail hərbçiləri basqının ardından Fələstinli namazqılanlar məsciddən çıxarılıblar, həmçinin bu müqəddəs məkana sionist mühacirləri yəhudi Pasxa bayramının ikinci günündə hörmətsizlik ediblər.

Bazar 17 Aprel 2022 - 05:37

Türkiyə və İsrail, Avropanın Yeni Enerji Alternativi

Rusiya Federasiyasının hərbi müdaxiləsi ilə Ukraynada müharibənin başlaması dünya enerji bazarına təsir edib. Neft və qazın qiymətinin qalxmasından sonra ən mühüm hadisə Rusiya tərəfindən Aİ bazarına yeni enerji təchizatının məhdudlaşdırılması və şərtləridir. Məhz buna görə də Avropa İttifaqı qaz tədarükü üçün Rusiyadan alışı azaltmağı düşünür.

Şənbə 16 Aprel 2022 - 07:11

İsrail lazer hava hücumundan müdafiə sistemini sınaqdan keçirib

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi sionist rejimin Müdafiə Nazirliyinin məlumatına əsasən xəbər verir ki, yeni lazer müdafiə sisteminin ilk sınağı PUA, raket və minaatanların təqib edilərək məhv edilməsindən sonra uğurla başa çatıb.

Cümə 15 Aprel 2022 - 03:16

Türk diplomat: İsrail və Türkiyənin birgə təhlükəsizlik təhdidləri var!

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, Türkiyənin Vaşinqtondakı səfiri Həsən Murad Mərcan Təl-Əviv Universiteti Strateji Araşdırmalar Mərkəzinə aid portalda iki ölkə arasında müxtəlif sahələrdə o cümlədən, təhlükəsizlik və enerji məsələlərində əməkdaşlığa çağırış edərək məqalə dərc edib.

Cümə axşamı 14 Aprel 2022 - 22:54

Son 24 saatda 5 fələstinli şəhid olub

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, son 24 saat ərzində İordan çayının qərb sahilinin müxtəlif yerlərində beş fələstinli İsrail əsgərləri tərəfindən güllələnib.

Ən Çox Müzakirə Olunan