İsrail - İslam Dünyası Xəbərləri

Çərşənbə axşamı 25 Aprel 2023 - 12:09

Fələstin müqavimət dəstələri qəhrəmancasına icra olunmuş Qüds əməliyyatını təbrik edib

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Fələstin müqavimət dəstələri işğal altındakı Qüdsdə bir fələstinlinin 8 israillinin yaralanması ilə nəticələnən son şəhadət əməliyyatını işğalçı rejimin Məscidül-Əqsaya qarşı törətdiyi cinayətlərə təbii reaksiya kimi qiymətləndirərək təbrik edib.

Bazar 23 Aprel 2023 - 20:33

Siz susduqca zalımın zülmü daha da artacaq

Yap hakimiyyətinin sionist İsrail rejimi ilə əlaqələr qurması, Azərbaycan xalqı üçün ağır nəticələrə səbəb oldu. Qumarbaz bu işin İran tərəfindən ciddi etirazla qarşılanacağını çox gözəl bilirdi. Buna baxmayaraq, İslam dünyasının etirazları müqabilində, İsraildə səfirlik açılmasına qərar verildi. Əsas hadisələr isə, bundan sonra cərəyan etməyə başladı.

Çərşənbə 19 Aprel 2023 - 22:52

Fələstində baş verən son hadisələr, 19 Aprel 2023

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, azı 11 fələstinli sionist rejimin təhlükəsizlik qüvvələri tərəfindən silah saxlamaq və daşımaq, eləcə də İordan çayının qərb sahilində anti-İsrail əməliyyatları keçirməyə cəhd ittihamı ilə həbs edilib.

Çərşənbə 19 Aprel 2023 - 17:02

İsrail xarici işlər nazirinin Bakıya səfəri + VİDEO və FOTO

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, sionist rejimin xarici işlər naziri Bakıya rəsmi səfəri zamanı Azərbaycanın bir sıra yüksək vəzifəli şəxsləri ilə görüşüb və onlarla söhbət edib.

Şənbə 15 Aprel 2023 - 21:48

Münaqişə axtarmaq: İrana qarşı İsrail-Azərbaycan əməkdaşlığı

Bölgədə qüvvələr balansını dəyişməyə çalışan İsrail illərdir Azərbaycana qaçaqmalçılıq yolu ilə silah gətirir, sonuncunun Ermənistanla münaqişəsinə təsir edir və həmsərhəd İranla böhran yaradır. Martın 6-da Haaretz-in araşdırmasına görə, İsrail silahları 2020-ci ildə minlərlə dinc sakinin ölümünə, yaralanmasına və didərgin düşməsinə səbəb olan Qarabağ müharibəsi zamanı Azərbaycan silahlı qüvvələrinə çatdırılıb.

Cümə axşamı 13 Aprel 2023 - 18:34

Poster: Azərbaycan müsəlmanları Fələstinin yanındadır!

Ramazan ayının son cüməsi, İslam dünyasında “Qüds” günü olaraq qeyd edilir. Bugün müsəlmanlar sionist rejimin işğalçı hərəkətlərini şiddətli şəkildə qınayır və Fələstin xalqı ilə həmrəyliyini nümayiş etdirir. Ölkəmizdə zalım Əliyev rejiminin repressiyaları tüğyan etdiyi bir zamanda, müqavimətə dəstək olaraq, “İslam Dünyası Xəbərləri” informasiya agentliyinin təqdim etdiyi şəkilləri sosial şəbəkə hesablarınızın profillərinə yerləşdirməyiniz xahiş olunur. Bu kompaniya vasitəsilə həm dünya, həm də ölkəmizdəki zalımlara qarşı durduğumuzu və müqavimət cəbhəsinin yanında olduğumuzu nümayiş etdirək.

Çərşənbə axşamı 11 Aprel 2023 - 03:21

Amerika mediası: İran İsrail gəmilərinə hücum etməyi planlaşdırır!

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Amerika qəzeti iddia edib ki, İran silahlı qüvvələri sionist rejimin Dəməşqə hücumu nəticəsində SEPAH-ın iki müşavirinin şəhid olmasına cavab olaraq İsrail gəmilərini hədəfə almağı planlaşdırır.

Bazar ertəsi 10 Aprel 2023 - 23:11

İsrail aviasiyası Suriyanın cənubuna hücum edib

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, sionist rejim qırıcıları Suriyadan işğal olunmuş Qolana raket hücumuna cavab olaraq Suriyanın cənubundakı hədəflərə bir neçə raket zərbəsi endirib.

Ən Çox Müzakirə Olunan