İsrail - İslam Dünyası Xəbərləri

Bazar ertəsi 3 İyul 2023 - 15:10

Məqalə: İsrail rejimi Ceninə niyə hücum etdi?

Sionist rejim həmişə İordan çayının qərb sahilindəki müqavimət qüvvələrini müəyyən edib həbs etməklə müqavimətin güclənməsinin qarşısını almağa çalışıb, lakin bu məsələdə böyük ölçüdə uğursuzluğa düçar olub; İndi isə İordan çayının qərb sahilində müqavimətin güclənməsi ilə Cenindəki müqavimətə qarşı İsrail tərəfindən yeni bir əməliyyat başladılıb.

Cümə axşamı 29 İyun 2023 - 17:58

Fələstində baş verən son hadisələr, 29 İyun 2023

Sionist rejimin daxili təhlükəsizlik naziri İtamər Bin Qafir işğal olunmuş Fələstin torpaqlarında yəhudilər üçün qəsəbələrin inkişaf etdirilməsinə, fələstinlilərin evlərinin geniş şəkildə dağıdılmasına və minlərlə fələstinlini öldürmək məqsəd ilə İordan çayının qərb sahilində geniş hərbi əməliyyatların aparılmasına çağırıb.

Bazar ertəsi 26 İyun 2023 - 15:49

İraqın Kürdüstan bölgəsindən neft ixracını dayandırmaqla İsrailin enerji təhlükəsizliyi zəifləyib

İraqın yarı muxtar Kürdüstan bölgəsi əhəmiyyətli neft və qaz ehtiyatlarına malikdir, lakin bu ehtiyatların istismarı uzun müddətdir Ərbil və Bağdad arasında gərginlik mənbəyi olub. Şimali İraqdan xam neft ixracının müvəqqəti dayandırılmasından bəri, Bağdad və Ərbil arasında xam neftin idarə olunması ilə bağlı mübahisə daha da böyüyüb. İraqın Kürdüstan bölgəsi əvvəllər gündə təxminən 400 min barel xam neft ixrac edirdi. Sionist rejimin kürdlərin neft almaq üçün əsas müştərilərindən biri olduğunu nəzərə alsaq, bu məsələ xüsusi bir mürəkkəblik əldə edib və bu rejimin enerji təhlükəsizliyini təhdid edir.

Ən Çox Müzakirə Olunan