Fələstində baş verən son hadisələr, 16 Sentyabr 2023
İsrail mediası Təl-Əvivin mərkəzindəki parkda bombanın partlaması xəbərini verib və bu hadisədə heç kimin xəsarət almadığını və təhlükəsizlik qüvvələrinin məsələni araşdırdığını açıqlayıb.
İsrail mediası Təl-Əvivin mərkəzindəki parkda bombanın partlaması xəbərini verib və bu hadisədə heç kimin xəsarət almadığını və təhlükəsizlik qüvvələrinin məsələni araşdırdığını açıqlayıb.
Sionist rejim ordusunun qırıcıları Suriyanın Tərtus vilayətinin cənubuna hücumu nəticəsində iki suriyalı əsgər şəhid olub, altısı isə yaralanıb. Həmçinin Homs və Həma vilayətlərinə də hava zərbələri endirib.
Sionist rejimin müharibə naziri iddia edib ki, İran İsrail rejiminə hücum etmək üçün Livanın cənubunda hava limanı tikir.
İSRA İnformasiya Ofisi işğalçı İsrail qüvvələrinin bu gün səhər İordan çayının qərb sahilinin müxtəlif bölgələrinə və İşğal Olunmuş Qüdsə basqın edərək ən azı 17 fələstinlini həbs etdiyini açıqlayıb.
Mossad casus təşkilatının rəhbəri İsrail universitetlərindən birində keçirilən konfrans zamanı İran rəsmilərini qətlə yetirməklə hədələyib.
Region ölkələri arasında münasibətlərin normallaşdırılması layihəsi Yaxın Şərqin yeni planının məqsədinin həyata keçirilməsində əsas məsələlərdən biridir. İsraili Qərbi Asiya regionunda rəsmi və nüfuzlu bir hökumət olaraq görən bu plan, Amerikanın bölgədəki təsirinin dəstəyi ilə 2020-ci ildən BƏƏ, Bəhreyn, Mərakeş və Sudanı normallaşdırmaqla İsrail-Amerika diplomatiyasının güclü rolunu göstərdi. Təbii ki, bu plan İraq kimi bəzi ərəb ölkələrində dalana dirəndi, lakin bu planın irəliləməsi üçün media platformasında bu diplomatiya işə salındı. Bu sahədə İraqın ictimai rəyini İsrailə çevirməyə çalışan bir çox onlayn səhifələr var.
Fələstin HƏMAS hərəkatının hərbi qanadı olan Kətaib Əl-Qəssam Cenindən sionistlərin Ramon qəsəbəsinə doğru atılan raketin videosunu yayımlayıb.
Sionist rejimin 12-ci kanalı bu yaxınlarda bu rejimin daxili təhlükəsizlik naziri İtmar Ben Qafirin fəaliyyəti ilə bağlı sorğu keçirib. Bu sorğuya görə, israillilərin 69 faizi bu radikal israilli nazirin fəaliyyətini çox pis hesab edib.
Sionist rejimin daxili təhlükəsizlik naziri İtamər Ben Qafir bir daha Fələstin müqavimət dəstələrinin başçılarına qarşı sui-qəsd əməliyyatının bərpa olunmasını tələb edib. Sionist rejimin 12-ci kanalı Ben Qafirə istinadla bildirib ki, o, fələstinli komandirlərin öldürülməsi və İordan çayının qərb sahilinin mühasirəyə alınmasını dəstəkləyir.
Sionist rejim qırıcıları Suriya paytaxtının ətraf məntəqələrindəki hədəflərə bir neçə raket zərbəsi endirib, nəticədə bir suriyalı hərbçi yaralanıb.
Naməlum silahlı şəxslərin İordan çayının qərb sahilində yerləşən Əl-Xəlil şəhərində bir qrup sionistə atəş açması nəticəsində ən azı bir sionist həlak olub, dörd nəfər yaralanıb.
İşğal altındakı Qolan şəhərinin cənubunda sionist rejim ordusunun avtomobilinin yolunda minanın partlaması nəticəsində bir İsrail əsgəri yaralanıb.