Fələstində baş verən son hadisələr, 16 Sentyabr 2023
İsrail mediası Təl-Əvivin mərkəzindəki parkda bombanın partlaması xəbərini verib və bu hadisədə heç kimin xəsarət almadığını və təhlükəsizlik qüvvələrinin məsələni araşdırdığını açıqlayıb.
İsrail mediası Təl-Əvivin mərkəzindəki parkda bombanın partlaması xəbərini verib və bu hadisədə heç kimin xəsarət almadığını və təhlükəsizlik qüvvələrinin məsələni araşdırdığını açıqlayıb.
Fələstin İslami Cihad hərəkatının hərbi qolu olan Saraya Əl-Qüdsə bağlı Kətibə Cenin müqavimət dəstəsinin tanınmış komandirlərindən biri olan Xalid Məlayişə Ceninin cənubundakı Cəbo qəsəbəsində Fələstin Milli İdarəsinin təhlükəsizlik xidməti tərəfindən saxlanılıb.
Təl-Əvivin polis rəisi sionist rejimin sağçı kabinet üzvlərinin təhlükəsizlik işlərinə qarışması, həmçinin Netanyahuya qarşı etirazçıların daha sərt şəkildə yatırılması tələbinə etiraz olaraq istefa verib.
Fələstin Müqavimət Qruplarının Birgə Əməliyyat Otağı sionist rejim əsgərlərinin Cenin düşərgəsinə hücumlarına toxunaraq, bu rejimə xəbərdarlıq edib.
Sionist rejimin daxili təhlükəsizlik naziri İtamər Bin Qafir işğal olunmuş Fələstin torpaqlarında yəhudilər üçün qəsəbələrin inkişaf etdirilməsinə, fələstinlilərin evlərinin geniş şəkildə dağıdılmasına və minlərlə fələstinlini öldürmək məqsəd ilə İordan çayının qərb sahilində geniş hərbi əməliyyatların aparılmasına çağırıb.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, son 24 saat ərzində azı 5 fələstinli sionist rejimin təhlükəsizlik qüvvələri tərəfindən silah saxlamaq və gəzdirmək, habelə İsrailə qarşı İordan çayının qərb sahilində əməliyyatlar keçirməyə cəhd ittihamı ilə həbs edilib.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi Reporta istinadən xəbər verir ki, Azərbaycanın İsraildəki Səfirliyi tərəfindən İsraildə ilk dəfə olaraq Müstəqillik Günü münasibətilə rəsmi tədbir keçirilib.
Böyük İsrail planı çoxlarına məlumdur. Yəhudilərin əqidəsinə görə, Allah, Nildən Fərata qədər olan torpaqlarda Böyük İsrail dövlətinin qurulacağını vəd edib. Bu səbəbdən sionist yəhudilər var gücləri ilə Misirdən başlayaraq, Türkiyə və İranın da bir hissəsini əhatə edən dövləti qurmaq üçün bütün güclərini toplayıblar. İsrail bu istiqamətdə çox ciddi cəhdlə işləyir. Bu İsrailin planıdır və internetdə axtarış aparmaqla bu barədə kifayət qədər məlumat əldə edə bilərsiz.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İsrailin “Yerusəlim Post” qəzeti illər öncə Mossadın Azərbaycanı İran casusluğu üçün mərkəz kimi istifadə etdiyini qeyd etmişdir.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, azı 11 fələstinli sionist rejimin təhlükəsizlik qüvvələri tərəfindən silah saxlamaq və daşımaq, eləcə də İordan çayının qərb sahilində anti-İsrail əməliyyatları keçirməyə cəhd ittihamı ilə həbs edilib.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi Hüseyniyyunun rəsmi mənbəsinə istinadən xəbər verir ki, Hüseyniyyun Azərbaycan İslam Müqavimət Hərəkatı Azərbaycanın qondarma İsraildə səfirliyinin açılışı ilə bağlı bəyanat verdi.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, azı altı fələstinli sionist rejimin təhlükəsizlik qüvvələri tərəfindən silah saxlamaq və daşımaq, eləcə də İordan çayının qərb sahilində anti-İsrail əməliyyatları keçirməyə cəhd ittihamı ilə həbs edilib.