HƏMAS-ın siyasi ofisinin rəhbəri İmam Xamenei ilə görüşüb
HƏMAS-ın siyasi ofisinin rəhbəri Tehrana səfəri zamanı İslam İnqilabının lideri ilə görüşüb və söhbət edib.
HƏMAS-ın siyasi ofisinin rəhbəri Tehrana səfəri zamanı İslam İnqilabının lideri ilə görüşüb və söhbət edib.
İmam Xamenei HƏMAS-ın siyasi ofisinin rəhbəri ilə görüşündə Fələstin torpağının bütün müsəlmanlara aid olduğuna işarə edərək bildirib ki, bütün müsəlmanların Fələstinin azadlığı üçün meydana gəlməsi vacibdir və bu, bir dini vəzifədir.
HƏMAS İslami Müqavimət Hərəkatının siyasi ofisinin rəhbəri başda olmaqla yüksək rütbəli nümayəndə heyəti İran prezidenti və İran İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı ilə görüşüb və söhbət edib.
İranın Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Fələstin HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri ilə görüşündə deyib: “Fələstinin 75 illik işğalına son qoymaq üçün ən səmərəli strategiya müqavimətdir”.