İŞİD tərəfindən zəkatın kriptovalyuta ilə ödənilməsi
İŞİD terror qruplaşmasının bəzi tərəfdarları zəkatlarını İŞİD-ə məxsus bəzi virtual məkanlarda QR dəsti vasitəsilə Monero kriptovalyutası şəklində ödəyirlər.
İŞİD terror qruplaşmasının bəzi tərəfdarları zəkatlarını İŞİD-ə məxsus bəzi virtual məkanlarda QR dəsti vasitəsilə Monero kriptovalyutası şəklində ödəyirlər.
Bəzi İŞİD tərəfdarları bu qrupun ayrılmış virtual məkanlarında kafir hesab etdikləri insanların hesablarını sındırmağı öyrədirlər.
Brüsseldə İsveç-Belçika oyunu zamanı silahlı hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.
Qərb mediası bəzi sızdırılmış sənədlərə istinad edərək iddia edib ki, ABŞ və Ukrayna prezidenti İŞİD məhbuslarından Ukraynada ruslara qarşı müharibə məqsədilə istifadə etməyə çalışır.
Amerika terrorçularının Qərbi Asiyadakı qərargahı Suriyada İŞİD terror qruplaşmasının yüksək rütbəli komandirlərindən birinin həbs edildiyini açıqlayıb.
İraq Təhlükəsizlik Media Bölməsi elan edib: “Terrorla Mübarizə Təşkilatının bölmələri İraq Kürdüstanı Regional Təhlükəsizlik Əməliyyatları İdarəsi ilə koordinasiyada İŞİD terror qruplaşmasının xarici batalyonunun komandiri Əbu Buxarini Kərkük vilayətində həbs ediblər”.
İraq Milli Kəşfiyyat Xidməti Bağdadda təhlükəli terrorçu dəstənin aşkarlandığını və onun üzvlərinin həbs edildiyini açıqlayıb. İŞİD terror qruplaşmasının ünsürləri olan bu komandanın üzvləri Bağdadda İmam Hüseyn (ə) mukəblərinə, polis mərkəzlərində, nəzarət-buraxılış məntəqələrində və bazarlarda kamikadze əməliyyatları keçirmək niyyətində olublar.
Suriya Demokratik Qüvvələri (SDQ) İŞİD terror qruplaşmasının Əl-Şam vilayətinin maliyyə məsullarından biri, “Əbu Bəra Əl-Həsən” ləqəbli Yəhya Əhməd Əl-Həccini təhlükəsizlik qüvvələrinin Deyr əz-Zor vilayətinin Bəsirə bölgəsində keçirdiyi əməliyyat zamanı həbs edib.
İŞİD-in Qərbi Afrika vilayəti qolu yay mövsümündə Çad gölü bölgəsində, xüsusilə Brno əyalətində, həmçinin Nigeriyanın şimal-şərqindəki Yobe və Adamava bölgələrində və Kamerunun şimalındakı ərazilərdə və eləcə də Nigerin cənub-şərqində silahlı hərəkətlərini davam etdirib.
Amerika terrorçularının Qərbi Asiyadakı qərargahı İraq və Suriyada İŞİD-ə qarşı 36 birgə əməliyyat həyata keçirdiyini açıqlayıb.
İraq Hərbi Kəşfiyyat İdarəsi bir bəyanatda bildirib: “Ayrı-ayrı araşdırmalar zamanı və dəqiq kəşfiyyat məlumatlarına əsaslanaraq İraqın təhlükəsizlik və kəşfiyyat qüvvələri Bağdad və Əl-Ənbar əyalətlərində İŞİD terror qruplaşmasının 5 üzvünü həbs etməyə nail olublar”.
İraq Kəşfiyyat Təşkilatı bazar ertəsi verdiyi açıqlamada bildirib: “İraqın antiterror bölmələrinin apardığı ətraflı məlumat qiymətləndirmələrinə əsasən, daxili işlər nazirinin İŞİD qalıqlarını təqib etmək və onları həbs etmək əmrlərinin icrasına uyğun olaraq, Bağdad Kəşfiyyat Təşkilatı, İŞİD terror qruplaşmasının 3 üzvünü İraqın paytaxtında həbs edib. Dindirilmə zamanı təqsirləndirilən şəxslər İŞİD terror qruplaşmasına üzv olduqlarını etiraf ediblər və daha sonra istintaqın davam etdirilməsi üçün aidiyyəti qurumlara təhvil veriliblər.