İraq - İslam Dünyası Xəbərləri

Cümə 8 Sentyabr 2023 - 01:47

İraqda Ərbəin təhlükəsizlik planının icrası sona çatdı

İraqın daxili işlər naziri Əbdül Əmir Əl-Şəmmari bu ölkədə xüsusi Ərbəin təhlükəsizlik planının başa çatdığını açıqlayıb. Əl-Şəmmari bildirib ki, təhlükəsizlik bölmələri hazırlıq vəziyyəti başa çatdıqdan sonra normal vəziyyətə qayıdıb.

Bazar ertəsi 28 Avqust 2023 - 18:01

Bağdadda üç İŞİD terrorçusu həbs edilib

İraq Kəşfiyyat Təşkilatı bazar ertəsi verdiyi açıqlamada bildirib: “İraqın antiterror bölmələrinin apardığı ətraflı məlumat qiymətləndirmələrinə əsasən, daxili işlər nazirinin İŞİD qalıqlarını təqib etmək və onları həbs etmək əmrlərinin icrasına uyğun olaraq, Bağdad Kəşfiyyat Təşkilatı, İŞİD terror qruplaşmasının 3 üzvünü İraqın paytaxtında həbs edib. Dindirilmə zamanı təqsirləndirilən şəxslər İŞİD terror qruplaşmasına üzv olduqlarını etiraf ediblər və daha sonra istintaqın davam etdirilməsi üçün aidiyyəti qurumlara təhvil veriliblər.

Çərşənbə 23 Avqust 2023 - 17:55

İraqda fransız əsgəri həlak olub

Fransa Müdafiə Nazirliyi “Nicolas Latourte” adlı fransız əsgərinin İraqda öldüyünü açıqlayıb. Fransa Müdafiə Nazirliyinin açıqlamasına görə, bu fransız əsgəri təlim proqramı zamanı güllələnib və tez bir zamanda Ərbildəki hərbi xəstəxanaya köçürülməsinə baxmayaraq dünyasını dəyişib. Qeyd edək ki, bir neçə gün əvvəl İraqda “Baptiste Qoşu” adlı daha bir fransız əsgəri avtomobil qəzasında həlak olmuşdur.

Şənbə 19 Avqust 2023 - 16:21

NATO İraqda hərbi fəaliyyətini artırır

Şimali Atlantika Müqaviləsi Təşkilatı İraq hökumətinin rəsmi tələbi ilə bu ölkədəki hərbi fəaliyyətlərinin həcmini artıracağını açıqlayıb.

Cümə 4 Avqust 2023 - 10:29

İraqda baş verən son hadisələr, 04 Avqust 2023

İraqın Həşd-Şəəbi Təşkilatının 12-ci Briqadası Bağdadın şimalında yerləşən Tarimiyyə bölgəsində bu ərazinin təhlükəsizliyini artırmaq, həmçinin İŞİD ünsürlərini təqib edib həbs etmək üçün təhlükəsizlik əməliyyatına başlayıb.

Cümə axşamı 3 Avqust 2023 - 15:00

Bəsrə-Əqəbə boru kəməri; Bir neçə hadisənin üst-üstə düşməsi

Netanyahunun İordaniyaya Bəsrə-Əqəbə kəmərinin yaradılması ilə bağlı səfəri, görünür, Amerikanın İraqa iqtisadi təzyiq göstərərək Bağdadı bu prosesi sürətləndirməyə məcbur etməyə sövq edib. Qeyd edək ki, bu yaxınlarda Amerika bununla bağlı boru kəmərinin qurulması məqsədi ilə İraqın iddialarının “Federal Ehtiyat” vasitəsilə toplanmasına mane olmaq qərarına gəlib.

Çərşənbə 2 Avqust 2023 - 16:09

Silk Way Airlines Bakı reysləri; İsraildən İraqadək!

İşğal olunmuş Fələstinə fasiləsiz uçuşlar həyata keçirən və tarixçəsində İsrail silahlarının Bakıya daşındığı Azərbaycan Respublikasının Silkway Hava Yollarının təyyarələri son günlər İraqdakı Amerika bazalarında get-gəl edib; Mövzu, bu şirkətin fəaliyyətlərini nəzərə alsaq, çox vacib sayıla biləcək məsələlərdəndir.

Ən Çox Müzakirə Olunan