ABŞ ordusunun Eyn Əl-Əsəddəki mövqelərinə dron zərbələri endirilib
Reuters xəbər agentliyi amerikalı rəsmilərə istinadən İraqın qərbindəki Eyn Əl-Əsəd bazasına dron hücumu barədə məlumat yayıb.
Reuters xəbər agentliyi amerikalı rəsmilərə istinadən İraqın qərbindəki Eyn Əl-Əsəd bazasına dron hücumu barədə məlumat yayıb.
İraqın Həşd-Şəəbi Təşkilatının 30-cu Briqadasının qüvvələri bu bölgənin təhlükəsizliyini artırmaq və həmçinin İŞİD ünsürlərini təqib edib həbs etmək üçün Mosulun kənarında təhlükəsizlik əməliyyatına başlayıb.
Türkiyə ordusunun İraqın şimalındakı hədəflərə aviazərbələrinin artdığı bir vaxtda İraqın müdafiə naziri Sabit Məhəmməd Əl-Abbasi yüksək rütbəli hərbi heyətin başında Türkiyəyə rəsmi səfər edib. Bu səfər Türkiyənin müdafiə naziri Yaşar Gülərin dəvəti ilə həyata keçirilib. Bildirilib ki, İraq və Türkiyənin müdafiə nazirləri təhlükəsizlik və müdafiə məsələlərini, müdafiə sənayesi sahəsində ikitərəfli əməkdaşlığı müzakirə edəcəklər.
Ankarada mətbuat konfransı keçirən Türkiyənin xarici işlər naziri Hakan Fidan bazar günü Türkiyə Daxili İşlər Nazirliyinin binası qarşısında törədilən kamikadze partlayışı və terror aktına toxunaraq deyib: “Bundan sonra PKK terror qruplaşmasının İraq və Suriyadakı bütün mövqeləri Türkiyə Silahlı Qüvvələri üçün qanuni hədəflər sayılır”.
İraqın birgə əməliyyat qərargahı komandirinin müavini və Fransa ordusunun beynəlxalq və strateji əlaqələr üzrə müavini müxtəlif səviyyələrdə və sahələrdə hərbi əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini vurğulayıblar.
PKK Türkiyə Daxili İşlər Nazirliyinə qarşı törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürdükdən sonra Türkiyə Müdafiə Nazirliyi İraqın şimalında Kürdüstan Fəhlə Partiyasının mövqelərinə hücumu barədə xəbər verib.
İraqın Birgə Əməliyyatlar Qərargahının komandir müavini bildirib ki, İraq sərhədçiləri İranla sərhəd məntəqələrində təxminən 12 qərargah yaradıblar.
İranın Ali Milli Təhlükəsizlik Şurasının baş katibi İraqın Milli Təhlükəsizlik Müşaviri ilə görüşündə Tehran və Bağdad arasında təhlükəsizlik razılaşmasının ciddi və tam şəkildə həyata keçirilməsini vurğulayıb.
Hollandiya hökuməti İraqa ən azı 120 əsgər və üç hərbi helikopter göndərəcəyini açıqlayıb.
İraqın daxili işlər naziri İraq hərbçilərinin İranla müştərək razılaşma və anti-İran terror qruplaşmalarının iki ölkə arasındakı ümumi sərhəd zolağından çıxarılmasına uyğun hərəkətlərini açıqlayıb.
İraq Kürdüstanının baş naziri Məsud Bərzani Amerika Birləşmiş Ştatlarının prezidenti Baydenə yazdığı son məktubunda İraq Kürdüstanının dağılması ilə bağlı xəbərdarlıq edib. Bu məktub Ərbil və Bağdad arasında gərginliyin artdığı bir vaxtda ABŞ-ın Kürdüstan bölgəsinə daha çox diqqət yetirməsini tələb etmək məqsədi daşıyır. İraqın Kürdüstan Bölgəsi Bayden hökumətinin xarici siyasətində və qlobal proseslərdə yüksək prioritetə malik deyil və İraqın mərkəzi hökuməti də öz maraqlarını tam yox, müəyyən dərəcədə qorumaq üçün fürsətdən istifadə edə bilər.
İraqın Birgə Əməliyyatlar Komandanlığı elan edib: “Səlahəddin Əməliyyat Komandanlığı, Terrorla Mübarizə Təşkilatı, Həşd-Şəəbi qüvvələri, Ordu Hərbi Hava Qüvvələri, Hərbi Mühəndislik Bölməsi və Hərbi Kəşfiyyat İdarəsinin dəstəyi ilə İŞİD terrorçularına aid 9 sığınacaq və bir neçə bomba və partlayıcı maddə aşkar edilib”.