Samirra zəvvarlarının yolunda partlayışın səbəbkarına edam hökmü verildi
İraqın Əl-Rəssafə Mərkəzi Cinayət Məhkəməsi 2022-ci ildə Əl-Tacidə (Bağdadın şimalında) Samirra zəvvarlarının yolunda baş verən partlayışın günahkarına edam hökmü çıxarıb. İraq Ali Məhkəmə Şurasının açıqlamasına görə, İŞİD terror qruplaşmasının üzvü olan partlayışı törədən şəxs bu hadisədən sonra çəkilişlər edibmiş.