İran - İslam Dünyası Xəbərləri

Çərşənbə axşamı 7 Fevral 2023 - 01:30

İran İR Türkiyəyə yardım və Tibbi qrupları göndərir

İran İslam Cümhuriyyətinə məxsus Qızıl Aypara Cəmiyyətinin beynəlxalq və humanitar hüquqlar üzrə müavini Türkiyəyə ilk mərhələdə 6 xilasetmə və təcili tibbi yardım qrupunun göndərildiyini açıqlayıb.

Cümə 27 Yanvar 2023 - 20:47

QMİ İrana qarşı sərt bəyanat yaydı

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi Qafqaz Müsəlmanları İdarəsinin rəsmi saytına istinadən xəbər verir ki, bu idarə Azərbaycanın Tehrandakı səfirliyində baş verən sui-qəsd hadisəsini siyasi məqsədli terror aktı kimi qiymətləndirərək İran İslam Respublikasına qarşı sərt mövqe tutub.

Çərşənbə 18 Yanvar 2023 - 17:12

Nəsrullah: Şəhid Süleymani Böyük İsrail planını məhv etdi

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Livan Hizbullahının baş katibi ötən gün axşam Süleymani Dünya Müqavimət Ədəbiyyat Mükafatının ikinci dövrünün yekun mərasimi ilə əlaqədar çıxış edib.

Şənbə 14 Yanvar 2023 - 14:36

İranın xarici işlər naziri Livana səfər edib + FOTO və VİDEO

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İran İslam Respublikasının Xarici İşlər Naziri Livana səfəri zamanı bir sıra Livan və Fələstin rəsmiləri və şəxsiyyətləri ilə görüşüb və onlarla söhbət edib.

Bazar 8 Yanvar 2023 - 20:21

Məqalə: Bu gün, “Şəhid Süleymani” əməliyyatının üçüncü ildönümüdür; Bölgədə Amerikanın sonunun başlanğıcına bir baxış!

Belə bir gündə amerikalıların terror əməliyyatlarına və müqavimət cəbhəsinin komandirlərindən ikisinin şəhid edilməsinə cavab olaraq İran İslam İnqilabı Keşikçiləri Korpusu Amerika ordusunun İraqın Əl-Ənbar vilayətində yerləşən Eynul-Əsəd bazasındakı mövqelərinə 13 ballistik raket zərbəsi endirmişdir. Qərbin dediklərinə əsasən, bu əməliyyat nəticəsində 110 amerikalı hərbçi beyin travması almışdır.

Bazar 8 Yanvar 2023 - 19:02

Netanyahu İranda qatillərin edam edilməsini pisləyib

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi Reporta istinadən xəbər verir ki, İsrail İranda qatillərin edamını pisləyir, öz ölkələrinin hazırkı hakimiyyətlərinə qarşı çıxan iranlıları dəstəkləyir.

Çərşənbə axşamı 13 Dekabr 2022 - 23:19

Əliyevlərin Qarabağda “Qızıl” oyunu + VİDEO

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, YAP rejimi ekoloji məsələləri bəhanə edərək “AzerGold” şirkətinin nümayəndələrini Qarabağ bölgəsinə ezam edib. Rejimi qəzəbləndirən səbəb isə, onlara Qızılbulaq və Dəmirli yataqlarından heç bir payın çatmamasıdır.

Ən Çox Müzakirə Olunan