İmam Xamenei - İslam Dünyası Xəbərləri

Çərşənbə axşamı 31 May 2022 - 08:29

İran və Tacikistan strateji müttəfiqlik yolundadır

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Tacikistan prezidenti Emoməli Rəhmon doqquz ildən sonra İran prezidenti Höccətülislam və Muslimin Rəisinin dəvəti ilə Tehrana səfər edib.

Bazar 8 May 2022 - 19:31

Suriya prezidenti və nümayəndə heyətinin İnqilab Rəhbəri ilə görüşü + FOTO

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Xamenei bu gün (bazar günü) Suriya prezidenti Bəşər Əsəd və onu müşayiət edən nümayəndə heyətini qəbul edib. Bu görüşdə İmam Xamenei İslam Müqaviməti, Suriya xalqı və dövlətinin beynəlxalq müharibədə qələbə çalmasının Suriyanın etibar və izzətinin artmasına səbəb olduğunu bildirərək deyib: İran prezidenti və hökümətinin bu sahədə yüksək əhval-ruhiyyə və qətiyyətə sahib olması Suriya ilə əməkdaşlığı genişləndirmək üçün böyük potensialdır və iki ölkə arasında münasibətlərin əvvəlkindən daha da yaxşılaşdırılmasına səy göstərilməlidir.

Çərşənbə axşamı 3 May 2022 - 06:21

Əl-Qəssam taborlarının sözçüsü İran İslam İnqilabının Rəhbərinə təşəkkür edib

“İslam Dünyası Xəbərləri” informasiya agentliyinin verdiyi xəbərə görə, Fələstin HƏMAS hərəkatının hərbi qolu olan Əl-Qəssam taborlarının sözçüsü İmam Xameneinin mövqelərini və onun İran İslam Respublikasının Fələstin xalqı müqavimətinin yanında olduğunu açıq şəkildə vurğulamasını yüksək qiymətləndirib.

Şənbə 9 Aprel 2022 - 06:29

Ərdəbilin İmam Cüməsi azad ticarət zonası ilə bağlı İmam Xameneiyə müraciət edib

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi APA xəbər agentliyinə istinadən xəbər verir ki, İran İslam Respublikasının Ali Dini liderinin Ərdəbil əyaləti üzrə nümayəndəsi Seyyid Həsən Ameli Azərbaycanla sərhəddə yaradılması nəzərdə tutulan Ərdəbil azad ticarət zonası ilə bağlı İmam Xameneiyə müraciət edib.

Çərşənbə axşamı 1 Mart 2022 - 23:17

İmam Xamenei: Ukrayna böhranının kökü Amerika siyasətidir

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi məlumat verir ki, bu gün martın 1-i səhər saatlarında İmam Xamenei Məbəs bayramı münasibətilə televiziya çıxışında Ukraynadakı müharibə ilə bağlı bəzi açıqlamalar verib.

Ən Çox Müzakirə Olunan