Hövsanın tarixi barədə ətraflı məlumat
Hövsan Bakı şəhəri Suraxanı rayonunun inzibati tabeliyindəki şəhər tipli qəsəbədir. Kənddə eyniadlı dəmir yolu stansiyası və liman var. Hövsan Abşeron yarımadasının cənub sahilində yerləşir. Şimal-şərqdə Binə, şərqdə isə Türkanla bitişikdir. Onun qərbində Zığ, şimal qərbində isə Suraxanı və Qaraçuxur yerləşir.