Taliban İranın Hirmənd çayından su hüquqlarını təmin etməyə razılaşıb
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Taliban hökumətinin Enerji və Su Nazirliyinin nümayəndə heyəti ilə İran rəsmiləri arasında Tehrana səfər və məsləhətləşmələrdən sonra tərəflər Helmənd sazişinin həyata keçirilməsi və İranın Hirmənd çayından su almaq hüququnun təmin edilməsi barədə razılığa gəliblər.